“Gülləni türk əsgərinin başına sıxacam” – Terrorçudan şok sözlər – STENOQRAM
Bizi izləyin

Dünya

“Gülləni türk əsgərinin başına sıxacam” – Terrorçudan şok sözlər – STENOQRAM

Ötən il HDP-nin Diyarbəkirdəki mitinqinə hücumla bağlı açılan cinayət işində Türkiyə Daxili İşlər Nazirliyinin “qırmızı siyahısı”nda axtarılan İŞİD əmiri İlhami Balın qeydə alınan telefon danışıqları yayılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İ.Bal telefon söhbətində “Türk əsgəri rəhmsizdir. Telefonumu dinləyirlərsə, bunu qeyd etsinlər. Türk əsgəri şərəfsizdir. Ora gəlib, türk əsgərini mən vuracam” deyib.

İlhami Balın telefon danışığını təqdim edirik:

6 fevral 2015-ci il.

İlhami: Biri qapımı döydü. “Tez həyat yoldaşını da götür, get dedi. Peşmərgə yaxınlaşırmış.

X adam: Cerablusun əmirləri var. Kobani tərəfində qardaşlarımızın tutduğu hərbi sahədə silahlı toqquşmalar olub. PKK hücum edir, qardaşlar da hücum edirlər. Qardaşlar dünən “əməliyə” (intihar hücumu) ediblər. Bəziləri çox təşviş keçirir.

İlhami: Xanımları alıb aparırlar. Tədbir görmək lazımdır.

3 aprel 2015-ci il.

İlham Bal və İsmayıl Korkmaz arasında İŞİD-in Türkiyədəki üzvlərinə maaş və kirayə pulunun göndərilməsi ilə bağlı müzakirə aparılıb.

İsmayıl: 4 min 500 dollar sadəcə maaşlardır.

İlhami: Mən sənə 4 min 500 dollar göndərdim. Bu maaşlardır, 500 dollar da kirayə haqqı.

İsmayıl: 500 dollar kirayə haqqına çatmır.

İlhami: Həmişə 500 dollar göndərirdim, bəs edirdi. İndi dollar yüksəldi, necə bəs etmir?

İsmayıl: Kirayə haqqı artdı. Maaşlara da əlavə edirdi. 500 lirə Əbu Furkanın, 350 Abdullahın, 375 mənim, 250 Talhanın, 450 Osmanın.

İlhami: Anladım, pulunuz qurtarıb. Maaşlarla birgə göndərirəm.

23 aprel 2015-ci il tarixli danışıqda İŞİD-ə qoşulmaq üçün Suriyaya gedənlərin sərhəddə tutulması məsələsi müzakirə olunur.

İlhami: Te Ahmar kəndinin hamısı şərəfsizdir. Ora iki dənə bomba atmasam, adam deyiləm. O kəndə yaşayanların hamısı ilə görüşəcəm. Biri əlimə keçsin, başını kəsəcəm.

Əbu Camal: Telefonda problem olursa, kəşfiyyatın işidir.

İlhami: Özbəkistandan, Türkmənistandan gəliblər. O qədər adamı tutdular. Sizin səhvini var. Yolda problem varsa, gətirməyin. Antepdə onların qalmasını təmin etmək üçün yerim, pulum var. Normal işləmirlərsə, bu qaçaq adam keçirənlərlə işləmə.

Digər bir telefon danışığında İ. Bal türk əsgərinə söyüş söyür.

12 may 2015-ci il.

Bilal: Neytral zonadayam. Bir yaralı var, amma türk əsgəri yaxınlaşmağa imkan vermir.

İlhami: Əsgər imkan vermirsə, nə edək? Əsgərin başına gülləni sıxaqmı? Sonda bunu edəcəm. Türk əsgəri rəhmsizdir. Telefonumu dinləyirlərsə, bunu qeyd etsinlər. Türk əsgəri şərəfsizdir. Ora gəlib, türk əsgərini mən vuracam.

Qeyd edək ki, telefon danışıqlarında Türkiyə sərhədində yaşadıqları problemlər, İŞİD-ə qoşulan adamlara və bir sıra digər məsələlər də qeydə alınıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm