Dünya
“Daha çox sanksiya, daha çox raket” – Pxenyan nüvə sınağına hazırlaşır
Koreya Xalq Demokratik Respublikası beşinci nüvə sınağı keçirə bilər.
Publika.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, peyklər Şimali Koreyanın Punqeri nüvə sınaqları poliqonunda fəallığın yüksək səviyyəsini qeydə alıblar. Ekspertlər hesab edir ki, beşinci nüvə sınağına hazırlıq Amerikanın yeni sanksiyalarına cavab ola bilər.
Xatırladaq ki, ABŞ iyulun 6-da Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar ölkə lideri Kim Çen İn daxil olmaqla KXDR-nın bir sıra yüksək vəzifəli şəxsləri və 22 təşkilata şamil edilib. Ağ Evin iddiasına görə, sanksiyalar çoxsaylı insan hüquqları pozulmasına görə tətbiq edilib.
Pxenyan ABŞ-ın maliyyə sanksiyalarını “müharibə elanı” kimi qiymətləndirib. Şimali Koreya Xarici İşlər Nazirliyi həmçinin bildirib ki, əgər sanksiyalar ləğv edilməsə, ölkə bu məsələni müharibə dövrünün qanunları ilə həll edəcək.
Daha əvvəl - 2016-cı ilin martında ABŞ prezidenti Barak Obama Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etmiş, Koreya Xalq Demokratik Respublikası və Koreya Əmək Partiyasının ABŞ ərazisindəki əmlakını və maliyyə aktivlərini dondurmuşdu. Həmçinin ABŞ vətəndaşlarına Şimali Koreyaya yeni investisiyalar yatırmaq, bu ölkəyə mal və texnologiyalar ixrac etmək qadağan edilmişdi.
İyulun 8-də Cənubi Koreya və ABŞ bəyan edib ki, Şimali Koreyanın nüvə təhlükəsinə qarşı durmaq üçün Cənubi Koreyada raket əleyhinə sistem qurulacaq. Bəyanat Çinin kəskin etirazına səbəb oldu.
Ömər Dağlı
-
Hadisə21:00Azərbaycanda ağır qəza - Ölənlər var
-
Sosial20:52Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ
-
İdman20:36UEFA Konfrans Liqası: "Zirə"dən ikinci qol - YENİLƏNİR
-
Nəqliyyat20:23Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi - VİDEO
-
Sosial19:36Sabah Biləsuvarın bir hissəsi qazsız qalacaq
-
Sosial19:00Korrupsiya törədən 13 nəfər cinayət başında yaxalanılıb
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO




























