Generallar necə girov götürüldü? – TƏFƏRRÜAT
Bizi izləyin

Dünya

Generallar necə girov götürüldü? – TƏFƏRRÜAT

Türkiyədə hərbi çevrilişə cəhd zamanı Hava Qüvvələri komandanı general Abidin Ünalın necə girov götürüldüyü ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, general qaçırıldığı vaxt Eskişehirdəki Hava Qüvvələri komandiri general Mehmet Şanverin qızının Moda Dəniz Klubunda keçirilən toy mərasimində olub.

“General Ünal və Hava Qüvvələrinin komandanlığı toy mərasimində idilər. Toy davam edərkən bir hərbi vertolyot Moda Dəniz Klubunun bağçasına havadan atəş açaraq yerə endi. Vertolyotlardan enən əsgərlər general Ünal və general Şanver də daxil olmaqla toyda iştirak edən bütün yüksək rütbəli komandirləri girov götürərək apardılar”, - deyə şahidlər bildirir.

Hazırda komandirlərin olduğu yerin öyrənilməsinə çalışılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm