Davudoğludan "çevriliş" açıqlaması
Bizi izləyin

Dünya

Davudoğludan "çevriliş" açıqlaması

Davudoğludan "çevriliş" açıqlaması

“Bu demokratiyanın qələbəsidir. Şəhadət mərtəbəsinə yüksəlmiş qardaşlarımız tarixə qızıl hərflərlə yazıldı. Hökümətimiz heç bir halda geri çəkilmədi və işlər hələ də davam etdirilir. Tər, qan tökən qardaşlarımıza təşəkkürü özümə borc bilirəm. Bu çevrilişə cəhdə qarşı müqavimət göstərən bütün polislərə təşəkkürü borc bilirəm, onlara minnətdarıq”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu ötən gecə baş verən hadisələri şərh edərkən deyib.

Davudoğlu bildirib ki, ötən gecə baş verən hadisələri heç kim Türkiyə Silahlı Qüvvələrinin adına yaza bilməz: “Türkiyə Silahlı Qüvvələrinin dövlətə bağlı qüvvələri şərəfli bir rəftar nümayiş etdirdi. Dünən axşam millətin reaksiyasınım yayımlayan mətbuata da təşəkkür edirik. Millətimi birgə mübarizə sərgilədi. Bu gün Məclisdə təkrar demokratiyadan danışa biliriksə, bunda millətimizin və millətimizin reaksiyasını dünyaya göstərən mətbuatın əməyi böyükdür.Millətimiz bir dastan yazdı. Demokratiya zəfərimiz mübarək olsun. Şəhidlərimizə rəhmət diləyirəm”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm