Dünya
Nazirlər Kabinetində əməliyyat: “Fuat Avni” tutuldu
“Twitter” sosial şəbəkəsindəki “Fuat Avni” hesabı ilə bağlı əməliyyat keçirilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatın gedişatında 10 nəfərin saxlanıldığı bildirilir.
Saxlanılanlardan 9-u kompüter sistemləri üzərində çalışan mühəndisdir. Onlara isə Nazirlər Kabinetində informasiya əməliyyatları ilə əlaqədar bir vəzifəli rəhbərlik edir.
“Fuat Avni”nin Nazirlər Kabinetinin ehtiyat binasında işləyən və informasiya qrupunun ən əhəmiyyətli adamı - Məlumat Toplama Mərkəzinin kəşfiyyat şefi Akif Mustafa Koçyiğitin olduğu iddia edilir. Məlumata görə, o, FETÖ-ya məlumat sızdırmaq iddiası ilə saxlanılıb.
Ankara Böyükşəhər Bələdiyyə başçısı Melih Gökçek də “Twitter” vasitəsilə “Fuat Avni”nin tutulduğunu bildirib.
Qeyd edək ki, Türkiyədəki həbslər və hökumətin planları haqqında öncədən “Twitter”də məlumatlar yayan "Fuat Avni"nin kimliyi uzun müddətdir gündəmin əsas mövzularındandır. Bəziləri hətta onun Fətullah Gülənin şəxsən özü olduğunu bildirirdilər.
Ömər Dağlı
-
Sosial15:00Azərbaycanda balığa da vergi gəlir - Qiymətlər kəskin bahalaşacaq
-
Hadisə14:25İcra başçısı köməkçisini işdən çıxardı
-
MDB13:01"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
-
Ekologiya12:40Şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
Sosial12:10Giriş iki manat, çay 20 manat…
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO
-
İdman10:17“Qarabağ”dan 100 milyonluq transfer: Azərbaycan futbolunda nə baş verir?
-
İdman09:45Məşhur aktrisa niyə Messiyə pərəstiş edir? - Birgə fotonu paylaşdı























.webp)












