İdman
FİFA-nın şam yeməyi ilə bağlı araşdırma başladı - Tarixi qəsri 1,3 milyona arendaya götürüblərmiş
Meksika Baş Prokurorluğu (FGR) Çapultepek qəsrində keçirilən ziyafətlə bağlı istintaq başladıb.
Publika.az xəbər verir ki, bu barədə "El Universal" qəzeti məlumat yayıb. Söhbət FIFA-nın qala gecəsi- şam yeməyi tədbirindən gedir.
Maraqlıdır ki, Milli Antropologiya və Tarix İnstitutu (INAH) bu ziyafətlə bağlı arenda xərci sənədinin dərc olunmasını məsləhət bilməyib. Buna səbəb kimi qurumun istintaq sirrini pozacağını və istintaqa təsir göstərə biləcəyini əsas gətirib. Bununla da tarixi obyekt üçün FİFA-nın icarə ödənişləri ilə bağlı məlumatlar məxfiləşdirilib. Məqalədən o da məlum olub ki, sözügedən ödəniş FIFA-ya baha başa gəlib. Çapultepek qəsrindən istifadə üçün 1,3 milyon peso və ya təxminən 75.000 dollardan çox pul ödənilib.
Xatırladaq ki, FIFA-nın şam yeməyi Meksika, ABŞ və Kanadanın ev sahibliyi ilə keçirilən Dünya Kubokunun açılışını qeyd etmək üçün 10 iyun tarixində baş tutub. FIFA prezidenti Canni İnfantino tədbirdə iştirak edib. Meksika prezidenti Klaudiya Şeynbaum da məclisdə qısa bir salamlama nitqi ilə çıxış edibmiş.
Müəllif: Tural
-
İdman22:00Azərbaycan-Lixtenşteyn matçı qolsuz bitdi - YENİLƏNDİ
-
ABŞ21:48Putin Trampın xanımına müraciət etdi - “Heç bir istehza olmadan...”
-
Nəqliyyat21:24Tbilisiyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ - Yeni qaydalar tətbiq olunur
-
Magazin120:36Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
Magazin218:48Adriana Limanın yeni videosu izləyiciləri dəhşətə gətirdi - VİDEO
-
Avropa15:26Kimə nə qədər pul ayrılacağına Lyayen qərar verəcək - Aİ-də 2 trilyon avroluq qalmaqal
-
Region13:36Rusiyanın “qaz şantajı” – Paşinyan hansı ssenariləri nəzərdən keçirir?
-
Region13:18Ermənistanda maşınların sayı artır, tıxac yaranır - Paşinyan həll yolunu göstərdi













.jpg)


.jpg)
















.jpg)

