Amerika kəşfiyyatından müdafiə üçün YENİ LAYİHƏ
Bizi izləyin

Dünya

Amerika kəşfiyyatından müdafiə üçün YENİ LAYİHƏ

Amerikanın Milli Təhlükəsizlik Agentliyinin (ANB) keçmiş əməkdaşı Edvard Snouden “iPhone 6”-ı kəşfiyyat xidmətlərinin izlənilməsindən müdafiə edən çexolun yaradılması üzərində işləyir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Snouden Massaçusets Texnologiya İnstitutunda bu haqda məruzə edib.

Layinənin büdcəsi könüllü ianələrin hesabına formalaşıb. Snoudenin sözlərinə görə, müasir smartfonlar hətta aviarejimdə GPS siqnalları verir. Beləliklə, səlahiyyətli orqanlar onlara qoşula, onları sındıra və məktublardan şəkillərə qədər informasiyaları götürə bilər. Çexol məlumatların ötürülməsini dayandırmağa imkan verir.

ANB-nin keçmiş işçisinin fikrincə, çexol ilk növbədə jurnalistlərə və hüquq müdafiəçilərinə lazım olacaq. Ancaq ondan izlənilməsini istəməyən hər kəs istifadə etməyi bacaracaq. Qurğunun ilk nümunəsinin 2017-ci ildə təqdim edilməsi planlaşdırılır.

Qeyd edək ki, Snouden 2013-cü ildə jurnalistlərə məxfi sənədlər verib. Sənədlərdə telefon danışıqlarının genişmiqyaslı dinlənilməsi, həmçinin ABŞ vətəndaşları və dünya liderlərinin elektron yazışmalarının izlənilməsi haqqında danışılırdı. Bundan sonra ANB-nin keçmiş əməkdaşı ABŞ-da casusluqda ittiham edildi. Onu 30 il həbs cəzası gözləyir. Rusiya hakimiyyəti 2014-cü ildə Snoudenə ölkədə üç il yaşamaq üçün sənəd verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm