Rusiyanın qorxunc Qazaxıstan ssenarisi: Nazarbayev öldürülür, ölkə isə...
Bizi izləyin

Dünya

Rusiyanın qorxunc Qazaxıstan ssenarisi: Nazarbayev öldürülür, ölkə isə...

2021-ci ildə Nursultan Nazarbayev öləcək, Rusiya Qazaxıstana qoşun yeridəcək, ölkə parçalanacaq, Mərkəzi Asiya regionu qarışacaq.

Bu iddia Almaniyanın Elm və Siyasət Fondunun (SWP) Qazaxıstanla bağlı hazırladığı ssenaridə irəli sürülür. Ssenariyə görə, Nazarbayevin 81 yaşında qəfil vəfatı qazax siyasi elitasını parçalayacaq. “Muxtar Kunanbay” (xəyali addır – red.) seçkilərdə qalib gələcək, lakin vəzifə səlahiyyətlərinin icrasına başlamamış ölkə qarışacaq. Rusiya Şimali Qazaxıstanda rus və rusdilli əhalini ayağa qaldıracaq, 40-a yaxın “qruplaşma” peyda olacaq. Qərb isə “Muxtar Kunanbay”ı dəstəkləyəcək. Mərkəzi Asiyada xaos dövrü başlanacaq. (http://publika.az/p/144794).

Qazaxıstan Mədəniyyət Platformasının rəhbəri, siyasi ekspert Çağlar Erbek Publika.az-a açıqlamasında Qərbin Qazaxıstanla bağlı həmişə belə planlarının olduğunu deyib.

Onun sözlərinə görə, Qərb Qazaxıstanda siyasi islamla etnik millətçiliyi bir-birinə vurmaqla qarşıdurma yaratmaq niyyətindədir: “Bu kontekstdən yanaşanda, sözügedən ssenaridə təəccüblü heç nə yoxdur. Burada ən çox müzakirə olunacaq məsələ Nazarbayev sonrakı dövrdə Qazaxıstanda qərbyönümlü siyasi gücün hakim olacağı məsələdir. Nə Nazarbayev, nə də Putinin belə bir ehtimalı dəyərləndirərək, bu risklərə qarşı tədbir görmədiklərini demək sadəlövhlük olardı”.

Ç.Erbek Qazaxıstanla bağlı planların həyata keçirilməsi üçün 2021-ci ili gözləyəcəklərini düşünmür.

“Hazırda fasiləsiz olaraq Qazaxıstanı sıxışdırırlar. Bu prosesdə Nazarbayevi ən böyük əngəl olaraq görürlər. Buna görə də hədəfdə Nazarbayevdən sonrakı dövr var. Qazaxıstan bu təhlükəyə qarşı addımlar atmasa, ciddi önləyici tədbirlər görməsə, Ukrayna ssenarisi ilə üz-üzə qalacaq. Belə olanda Rusiya rus dilli əhalinin kompakt yaşadığı şimal bölgələrini öz tərkibinə qatması, bu qarışıqlıqda Çinin də yararlanmaq istəyəcəyi gözləniləndir. Əslində bu proseslər iki il öncə qələmə aldığım məqalələrdə bildirmişdik”, - deyə o bildirib.

Lakin Nazarbayevin böyük dövlət xadimi olduğunu deyən ekspert onun bu təhdidlərə qarşı lazımi addımlar atacağını qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm