Trampdan ABŞ hakimiyyətinə İTTİHAM
Bizi izləyin

Dünya

Trampdan ABŞ hakimiyyətinə İTTİHAM

“Seçkilərdə pozuntular mənim qələbəm yolunda maneə ola bilər”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.

“Respublikaçılar Partiyasının liderləri çox ehtiyat edirlər ki, seçkilərdə pozuntular bu ştatda uduzmağımıza gətirib çıxara bilər. Tək üsul demokratların burada qələbəsinə imkan verə bilər. Bu, dələduzluqdur və mən bunu yüz faiz ciddi deyirəm”, - namizəd Pensilvaniya ştatında tərəfdarları qarşısında çıxışı zamanı söyləyib.

Amerika KİV-i qeyd edir ki, son zamanlar respublikaçı milyarder seçkilərdə pozuntuların onların nəticələrinə əhəmiyyətli dərəcədə təsir edə biləcəyini tez-tez dilə gətirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm