Dünya
Rusiya Qara dənizdən çıxmaq niyyətində deyil
ABŞ Ukrayna mövzusunda Rusiya ilə böyük gərginlik yaşadığı bu günlərdə Qara dənizi tərk etmək istəmir.
Montrö razılaşmasının müddəalarına uyğun olaraq Qara dənizdə uzun müddət hərbi gəmi saxlaya bilməyən ABŞ bir gəmini geri çəkərək, başqa bir gəmini Qara dənizə daxil edib.
Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, son olaraq “USS Truxtun” gəmisi “USS Donald Cook” gəmisi ilə əvəzlənib.
Ümumilikdə bu ilin əvvəllərindən ABŞ donanmasına məxsus üç hərbi gəmi boğazları keçərək Qara dənizə daxil olub. ABŞ-ın Qara dənizə göndərdiyi ilk hərbi gəmi “USS Taylor” olub. “USS Taylor” “Soçidə keçirilən olimpiadada ABŞ idmançılarının təhlükəsizliyini təmin etmək məqsədilə” göndərilmişdi.
Ancaq yanacaq üçün Samsuna yan alan “USS Taylor” Montrö razılaşmasını pozduğu üçün ABŞ, Türkiyə və Rusiya arasında problem yaratdı. ABŞ gəminin təmirə ehtiyacı olduğunu bildirərək Qara dənizdə nəzərdə tutulan müddətdən daha çox qalacağını bildirdi. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov “Montrö razılaşmasına görə, Qara dəniz sahili ölkəsi olmayan ölkələrin hərbi gəmiləri yalnız müəyyən müddətdə Qara dənizdə qala bilərlər. Amerika hərbi gəmisi razılaşmanın müddəalarını pozub” söylədi.
“USS Taylor” "təmir edilərək” Qara dənizi tərk etdikdən dərhal sonra onun yerini “USS Truxtun” tutdu. ABŞ bunu Bolqarıstanla planlaşdırılan birgə hərbi təlimlə izah etdi.
“USS Truxtun” nəzərdə tutulan müddəti tamamlayan kimi onu “USS Donald Cook” əvəz etdi. “USS Donald Cook”un dərhal arxasınca, Fransa donanmasına aid “Dupuy Da Lome” bu gün Çanaqqala boğazından keçərək Mərmərə dənizinə daxil olub.
1936-cı ildə imzalanan Montrö razılaşmasına görə, Qara dənizə sahili olmayan ölkələrin hərbi gəmiləri burada 21 gündən çox qala bilməzlər. Razılaşmaya görə, boğazlardan sualtı və təyyarə gəmiləri keçə bilməz. Boğazlardan hərbi gəmi keçirən bütün ölkələr Qara dənizə sahili ölkəsi olub-olmamasından asılı olmayaraq, bu barədə Türkiyəni xəbərdar etmək məcburiyyətindədir. Xəbərdar etmək üçün müəyyən olunan müddət Qara dənizi sahili olan ölkələr üçün bir həftə, digər ölkələr üçün isə iki həftədir.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR