Mexanik, həkim, mühəndis, metallurq liderlər üçün “rəngli inqilab” OYUNU
Bizi izləyin

Dünya

Mexanik, həkim, mühəndis, metallurq liderlər üçün “rəngli inqilab” OYUNU

Bu günlərdə Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan müstəqilliklərinin 25 illiyini qeyd edir.

Publika.az “Pravda.ru” saytına istinadən xəbər verir ki, hazırda bölgə ölkələrinin iqtisadiyyatında vəziyyət ürəkaçan deyil. Əslində, onların əsas iqtisadi tərəfdaşı olan Rusiya, Çin, Avropa Birliyindəki böhran fonunda bu o qədər də təəccüblü görünmür.

Lakin iqtisadi çətinliklər, şirin su problemi, qonşu Əfqanıstanda zorakılığın artması, radikal ekstremizmin hücumu kimi amillər Mərkəzi Asiya liderlərinin gözlənilməz gedişini şərtləndirə bilər.

Son zamanlar Mərkəzi Asiya ölkələrində “Hizbut-Tahrir”, “Özbəkistan İslam hərəkatı” və digər ekstremist qruplar fəallaşıb. Bu qruplar əhalidən ciddi dəstək alır, xüsusilə Özbəkistan və Tacikistanda bu dəstək güclüdür. Buna paralel olaraq, Daşkənddə İŞİD bayraqlarının dalğalandırılması kimi hallar vəziyyətin yaxşı olmadığını göstərir.

Müstəqilliklərinin 25-ci ilində Mərkəzi Asiya ölkələrindəki vəziyyət maraqlıdır.

Türkmənistan: prezidenti Qurbanqulu Berdiməhəmmədov 59 yaşındadır. O, doqquz ildir ki, prezident postundadır. Tibb elmlər doktoru olan Berdiməhəmmədov türkmənbaşı postunda Saparmurat Niyazovu əvəz etdi. Berdiməhəmmədov “Nabukko” layihəsini yeniləmək istəyirdi. Lakin Rusiya Xəzər dənizinin dibi ilə boru xəttinin çəkilməsinə mane olur. Əslində, bunun səbəbi dənizin statusunun həlli ilə bağlı deyil. Bu başqa məsələyə işarədir: Merkel məsələni Putinlə həll etməyi təklif edir, Berdiməhəmmədov isə razılaşmır.

Buna səbəb 2010-cı ildə “Qazprom”la qiymət razılaşmasında yaranan problemdir. Qarşılıqlı maliyyə iddiaları indiyə qədər həll olunmayıb.

Türkmənistanın ikinci problemi Əfqanıstandan sərhədlərinə olan basqınlardır. Hərçənd Türkmənistanda islamçı radikallar öz mövcudluqları haqda bildirmirlər, lakin bu, onların gizli şəkildə olmadıqları demək deyil.

Özbəkistan: İslam Kərimov insultdan sonra xəstəxanadadır. 78 yaşlı prezident ixtisasça mühəndis-mexanikdir. O, ölkədə sərt hakimiyyət yaratdı. MDB-nin ağsaqqalı həmişə şüuraltı olaraq belə bir fikir yaradıb: “mənə hər şey olar, başqalarına olmaz. Onun hakimiyyət illərində Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olub, sonra oradan çıxaraq, ABŞ-a hərbi baza verdi. Sonra yenə ABŞ-a üz çevirərək, Rusiyanın yanına gəldi. Ehtimal ki, Kreml Kərimovun varisinin kimliyini bilir.
Özbəkistanın Kərimovdan sonra siyasi kursu haqda danışmaq da mənasızdır. Ölkənin əsas işi radikalların qarşının alınmasıdır. Ondan edilən yeganə xahiş də budur.

Tacikistan: eyni sözləri bu ölkə haqqında da demək olar. 64 yaşlı Emomali Rahmon iqtisadçıdır. Tacikistanda vətəndaş müharibəsində Rusiya ona dəstək verdi. 1994-cü ildən indiyə qədər prezident postundadır.
Tacikistanda radikal islamçıların təhlükəsi daha böyükdür. Ölkə daxilində ekstremizmlə yorulmadan mübarizə aparılsa da, buna nail ola bilmirlər.

Burada Əfqanıstan amili də böyük rol oynayır. İndi hər kəs Tacikistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasını müzakirə edir. Lakin bunu dəqiq demək çətindir. Çünki öz biznes-elitasının sirlərini açmaq istəməyən Rahmon Avrasiya strukturlarının nəzrəti altına düşmək istəmir. O, indi Çindən təklif gözləyir. Əgər Avrasiya İqtisadi İttifaqı ilə nəsə yolunda getməsə, o, yeni İpək Yolu üzrə hərəkət edəcək.

Qırğısıztan: 60 yaşlı Almazbek Atambayev artıq öz seçimini edib. İxtisasca mühəndis-iqtisadçı olan Atambayev 2011-ci ildə prezident oldu. Qırğızıstan bazarına Qazaxıstandan daha böyük oyunçular girməyə başlayıb. Misal üçün, Rusiya. Bundan başqa, Avropa Parlamenti Qırqızıstana “VSP+” statusunu verib. Bunun nəticəsində Qırğızıstan təxminən 6 min adda məhsulu Avropa Birliyinə gömrüksüz çatırmaq hüququ qazanıb.

O, Qırğızıstanı Avrasiyaya inteqrasiya yolu ilə aparır. Buna görə Çin və türk mallarının idxalını iki dəfə azaldıb. Gömrük Şurası çərçivəsində tərəvəz və meyvə ixracı nəzərəçarpacaq qədər böyüyüb.

Qırğızıstan 2005-2010-cu illərdə iki “rəngli inqilab” yaşadı. Vəziyyətin nəzarətdə saxlanılması üçün şimal və cənub qəbilələri arasındakı ziddiyyətlər danışıqlar prosesinə yönəldilib. Hakimiyyətin dəyişilməsi qaydası nizama salınıb, ölkədə prezident parlamenti sistemi yaradılıb. Əsas problem qonşu Özbəkistanladır. Gərginlik su resurlarının birgə istifadəsinə görədir. İslam Kərimovdan sonra Özbəkistanda hakimiyyət dəyişikliyindən ən çox ehtiyat edən ölkə də Qırğızıstandır.

Qazaxıstan: bu ölkədə regional, etnik, yaxud qəbilə münaqişəsi yoxdur. Hər şey ixtisasca metallurq olan prezident Nursultan Nazarbayevin nəzarəti altındadır. O, postsovet məkanında hakimiyyətin uzunömürlülüyünə görə rekordçudur. Nazarbayev hələ 1989-cu ilin 22 iyunundan ölkəyə rəhbərlik edir.

Lakin bu, görünən sakitlikdir. Heç kim deyə biləz ki, gələcəkdə hakimiyyət dəyişikliyindən sonra nələr olacaq. Xüsusilə hakimiyyətə millətçilər, yaxud qərbçilər gələrsə, vəziyyət çətin ola bilər.

Nazarbayevin özü hesab edir ki, bu il Aktobe şəhərində islam radikalçılarının törətdikləri terror aktlarından sonra “rəngli inqilab”ların əlamətləri görünməyə başlayıb. Çin şirkətlərinin ölkə iqtisadiyyatına daxil edilməsindən əhali narahatdır. Təxmini hesablamalara görə, Çinin Qazaxıstandakı investisiyaları Rusiyanı dörd dəfə geridə qoyur. Çinin Qazaxıstanda kənd təssərrüfatı torpaqlarını icarəyə götürməsi ciddi etirazlara səbəb oldu.

Mərkəzi Asiya üçün Amerika planı


ABŞ regiona müdaxiləni bir qədər səngidib. Lakin enerji layihələrini həyata keçirməkdə israr edir. Hətta Vaşinqton Şanxay Əməkdaşlıq Təşkilatına (ŞOS) alternativ olaraq Mərkəzi Asiya ölkələrinin ABŞ-a inteqrasiyası üşün S5 planını düşünür. Bu təşəbbüsün büdcəsi 15 milyon dollar təşkil edir. ŞOS-un da illik büdcəsi bu qədərdir. Lakin Vaşinqtonla əməkdaşlıq təcrübələri bu ölkələri tərəddüdə salır. Lakin millətçilər ABŞ tərəfdarıdır, xüsusilə Rusiyaya zərbə vurmaq üçün Amerikanı alternativ olaraq görürlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm