Sabiq nazirdən xəbərdarlıq: “Bu, Putinin planıdır”
Bizi izləyin

Dünya

Sabiq nazirdən xəbərdarlıq: “Bu, Putinin planıdır”

“Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiya lideri Vladimir Putin arasında vasitəçilərsiz danışıqlar Kremlin maraqlarına uyğundur”.

Publika.az xəbər verir ki, bunu “Obozrevatel” nəşrinə Ukraynanın sabiq xarici işlər naziri Vladimir Oqrızko deyib.

“İkitərəfli danışıqlar formatı bizim mövqelərimizi zəiflədəcək. Danışıqlarda bizim mövqeyimiz Qərblə ittifaqda daha güclüdür”, - Oqrızko qeyd edib.

Onun sözlərinə görə, əgər Ukrayna qərb partnyorlarının vasitəçiliyindən imtina edərsə, ciddi “kozır” havaya atılmış olacaq.

Qeyd edək ki, Ukraynanın birinci prezidenti Leonid Kravçuk Kiyevin Donbas münaqişəsinin nizama salınması üçün Rusiya ilə ikitərəfli danışıqlara təşəbbüs etməli olduğunu bildirib.

“Minsk razılaşmaları öz rolunu oynadı, onları müsbət qiymətləndirmək lazımdır. Razılaşmalar mümkün geniş təcavüzü dayandırdı, bu müsbət haldır. Amma Minsk razılaşmaları Ukraynanın ərazi bütövlüyü məsələsini həll edə, Donbası və Krımı qaytarmağa kömək etməyəcək”, - Ukraynanın sabiq prezidenti bildirib.

Xatırladaq ki, Ukrayna 4-5 sentyabr tarixlərində Çində keçiriləcək G20 (“Böyük iyirmilik”) sammiti çərçivəsində “Normandiya formatı”nın (Formatda Rusiya, Ukrayna, Almaniya və Fransa təmsil olunur – red.) görüşünün keçirilməsini təklif edib. Amma Rusiya prezidenti Vladimir Putin sammitdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşməkdən imtina edir.

“Normandiya formatı”nda keçirilən son görüşdə Ukrayna, Almaniya və Fransa Donbasda seçkilərin keçirilməsinin şərtləri haqqında Rusiya ilə razılaşa bilməyiblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm