Binəli Yıldırım İslam Kərimovun vəfatı ilə bağlı başsağlığı verdi
Bizi izləyin

Dünya

Binəli Yıldırım İslam Kərimovun vəfatı ilə bağlı başsağlığı verdi

Türkiyənın baş naziri Binəli Yıldırım Özbəkistan prezidenti İslam Kərimovun ölümü ilə bağlı başsağlığı verib.

APA-nın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, bu barədə o, Türkiyədə 65-ci hökumətin 100 günü ilə bağlı keçirdiyi iclasda deyib.

“Özbəkistan prezidenti ölüb. Allah rəhmət eləsin. Türkiyə Cümhuriyyəti adından Özbəkistan xalqına dərin hüznlə başsağlığı verirəm”, - deyə o bildirib.

Baş nazir bu barədə məlumatı haradan aldığını açıqlamayıb.

Qeyd edək ki, hökumətin iclası bəzi televiziyalarla canlı yayımlanıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Özbəkistan Nazirlər Kabinet xəstəxanada olan İslam Kərimovun vəziyyətinin kritik olması barədə məlumat yayıb.

“Reuters” isə 3 mənbəyə istinadən İ. Kərimovun artıq öldüyünü yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm