Şiddətli döyüşlər: 11 şəhid, 28 yaralı (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Şiddətli döyüşlər: 11 şəhid, 28 yaralı (YENİLƏNİB)

Hakkari vilayətinin Çuxurca mahalında PKK terrorçuları ilə baş verən qarşıdurmada 3 əsgər şəhid olub, 3-ü ağır olmaq üzrə 20 əsgər yaralanıb.

***

11:56

Türkiyə təhlükəsizlik gücləri Van vilayətinin Çaldıran mahalında PKK terror təşkilatına qarşı əməliyyatda ağır itki verib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, PKK terrorçuları ilə silahlı qarşıdurmada 8 hərbçi şəhid olub, 8-i yaralanıb.

“2 sentyabr 2016-cı il tarixində baş verən qarşıdurmada 1 leytenant, 2 ehtiyat zabit və 5 çavuş olmaqla 8 hərbçimiz şəhid olmuş, 8 hərbçi yaralanıb”, - Van valiliyindən verilən yazılı açıqlamada deyilir.

Türkiyə hava qüvvələrinə aid döyüş təyyarələrinin Tendürək bölgəsində təşkil etdiyi əməliyyatda 13 PKK üzvü məhv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm