İraqda ikinci Kərbəla
Bizi izləyin

Dünya

İraqda ikinci Kərbəla

İraqda ikinci Kərbəla

“İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə İraq təhlükəsizlik gücləri arasında su uğrunda qarşıdurmalar başlayıb.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İraqda sünni bölgələrində fəaliyyətini gücləndirən İŞİD bu ayın sonunda keçiriləcək seçkilər öncəsi İraq ordusuna hücumları artırıb.

Məlumatda deyilir ki, terror təşkilatı Fellucə su anbarını ələ keçirib. İraqın mərkəzi və cənub bölgələrinin suya olan tələbatının ödənilməsi üçün strateji əhəmiyyət daşıyan Ənbar əyalətindəki Fellucə su anbarının İŞİD-in əlinə keçməsi Nuri Əl-Maliki hökumətinə qarşı tənqidləri artırıb. Əvvəlcə anbardan axan suyu kəsən təşkilat daha sonra nəzərdə tutulandan artıq su buraxmaqla bəzi əkin ərazilərinin su altında qalmasına səbəb olub.

İraqın Baş Naziri Nuri əl-Maliki isə İŞİD-i Ənbar əyalətində məğlub edəcəyinə söz verib. Bölgədəki tayfa liderlərini terrorla mübarizədə müvəffəqiyyətsiz olmaqda ittiham edən Baş Nazir su anbarının geri qaytarılması üçün orduya təlimat verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm