İtaliya sahil mühafizə xidməti 2,7 min miqrantı xilas edib
Bizi izləyin

Dünya

İtaliya sahil mühafizə xidməti 2,7 min miqrantı xilas edib

İtaliya sahil mühafizə xidmətinin həyata keçirdiyi 23 əməliyyat nəticəsində sutka ərzində 2,7 min miqrantın həyatı xilas edilib.

TASS agentliyinin məlumatına görə, bu barədə xidmətin rəsmi bəyanatında deyilir.

Xilasetmə əməliyyatları zamanı 19 qəzaya uğramış hava ilə doldurulan qayıqdan və 4 yelkənli balıqçı gəmisindən qeyri-hökumət təşkilatlarının iştirakı ilə 15 nəfərin cəsədi aşkarlanıb.

İtaliya sahillərinə doğru dənizlə ilin əvvəlindən 155 min nəfər gəlib. Onların əksəriyyəti Afrika ölkələrinin vətəndaşıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm