YENİLİK: İş 6 saat olacaq
Bizi izləyin

Dünya

YENİLİK: İş 6 saat olacaq

İsveç 6 günlük iş saatını tətbiq etməyə başlayıb.

Publika.az xəbər verir ki, artıq ölkədə qocalar evləri, klinikalar və avtomobil təmiri müəssisələrində bu dəyişiklik tətbiq edilir.

İsveç iş adamlarının bu yeniliyi tətbiq etməsinin əsas səbəbi işin keyfiyyətini artırmaq olub. Lakin onlar həm də işçinin xoşbəxt olmasını da nəzərə alıblar. Filimundus şirkəti ötən il yeni iş saatı proqramını hazırlayıb və məlum olub ki, gündə 8 saat işləmək effektli deyil.

6 saatlıq iş qrafikini artıq bir sıra İT və avtomobil şirkətləri tətbiq edib. Ancaq iş saatı azalsa da, bu işçilərin əmək haqqına təsir etməyib.

Şirkətlərdən birinin rəhbəri Linus Feld hesab edir ki, 8 saatlıq iş qrafiki ilk baxışda effektli görünə bilir. Ancaq nəzərə almaq lazımdır ki, bu uzun iş saatında konsentrasiya itir: “Müşahidələrimiz göstərir ki, işçinin 8 saat diqqətini işinə verə bilməməsi problemləri yaşanır. Bunun qarşısını almaq üçün də aralarda müəyyən fasilələr veririk. Bu da işçinin təkrar işi həvəslə görməsinə imkan yaradır”.

Lakin araşdırmalar göstərir ki, 6 saatlıq iş qrafikində işçilər daha effektiv işləyir. Artıq bir sıra tibb məntəqələrində tibb bacıları gündə 6 saat işləyir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm