Dünya
Böyük şəhərlərin böyük problemi - Evsizlər (Video)
ABŞ paytaxtı Vaşinqton şəhərində evsiz ailələri üçün
təşkil edilən sığınacaqların sayı yola saldığımız qış fəslində iki
dəfə artıb. Bu, tələb olunan 10 faizlik artımdan dəfələrlə çoxdur.
Bu artım bir çox rəsminin təəccübünə səbəb olsa da, evsizlərin
hüquqlarının müdafiəçilərini deyir ki, bu, əvvəlcədən gözlənilməli
idi. Onlar bunu ABŞ paytaxtında qiymətlərin qalxması ilə
əlaqələndirir.
CityCenterDC – Vaşinqtonun mərkəzində multimilyon dollarlıq layihə.
Sürətlə inkişaf edən şəhərə hər ay 1000-dən çox daimi sakin köçür.
Ancaq bəziləri deyir ki, tikinti layihələrinin şəhərin yoxsul
təbəqəsinə heç bir aidiyyəti yoxdur
Onlar arasında bir ildir evsiz olan Donnel Harris, xanımı Stefani
Vilyams və iki uşağı var.
“Öz kirayə evimiz var idi. İşimi itirdim, aylıq ödənişlər
kəllə-çarxa çıxdı. Evdən çıxmalı olduq. Çox ağır idi. Haradasa
gecələmək və uşaqlara yemək almaq və qızımı məktəbə aparmaq üçün
pul qazanmağa çalışıram” - deyə Donnel Harris bildirir.
Vaşinqton DC qanunları temperatur mənfiyə düşəndə evsizləri
sığınacaqlarla təmin etməyi hökumətdən tələb edir. DC Şəhər Şurası
bildirib ki, köhnə xəstəxana kompleksindəki ailə sığınacaqları
qışın əvvəlində artıq tam dolduğundan şəhər rəsmiləri 400-dən çox
motel otağı kirayələməli olub.
Harrisin ailəsi də daxil olmaqla, bəzi ailələr ictimai
idman-əyləncə mərkəzlərində məskunlaşıb. Onlar ayırıcılarla ayrılan
otaqlarda mobil çarpayılarda gecələyir. Ailələr hər səhər mərkəzi
tərk etməli və yenidən müraciət etmək üçün saatlarla növbəyə
dayanmalıdır. O da yalnız şaxtalı havalarda …
Bu yaxınlarda məhkəmə qərar çıxarıb ki, administrasiya ailələri
belə mərkəzlərdə yerləşdirməyi dayandırmalıdır. Hakim belə
təcrübələrin uşaqlara ciddi ziyan vurduğunu bildirib.
Evsizlər Üçün Vaşinqton Hüquq Məsləhətxanasının icraçı direktoru
Petti Mullahi Fuger deyir ki, vəziyyətə hazır olmaq lazım idi. O,
bütün icmanı problemin həllinə çalışmamaqda günahlandırır:
“Sığınacaq üçün müraciət edən bu ailələr artıq ev bazarında
ödənişlərin öhdəsində gələ bilməyənlərdir. İndi onların vəziyyəti
daha da ağırdır.”
Vaşinqtonun Maliyyə Siyasəti İnstitutuna əsasən şəhər son 10 ildə
az təminatlılar üçün icarə verilən evlərin 50 faizini, satış
qiyməti aşağı olan evlərin isə 72 faizi itirib. Evlərin qiymətləri
qalxsa da, insanların gəlirləri müvafiq olaraq yüksəlməyib.
Şəhərin meri Vinsent Qrey münasib evlərin inşasına əlavə 100 milyon
dollar yatırım qoyulacağına söz verib. Keçən il isə o, 2020-ci
ilədək 10 min mənzilin tikintisi və qorunması üçün 187 milyon
dollar ayrıldığını bəyan etmişdi.
Ancaq Sosial Xidmətlər Komitəsinin sədri və Şəhər Şurasının üzvü
Cim Qraham deyir ki, şəhər daha çox iş görməlidir. O, xəbərdarlıq
edir ki, evsiz ailələrin problemləri həll edilməsə, nəticələri ağır
ola bilər: “Çünki, biz əkdiyimizi biçirik. İndi biz uşaqlarımız
üçün nə əkirik? İnkişaf, təhsil problemi, cinayət … qalanını siz
deyin. "
Vaşinqtonun Humanitar Xidmətlər Departamentindən sığınacaqları
ziyarət etməklə bağlı sorğumuz cavabsız qaldı. Departamentin
direktoru həmçinin bu il evsizlərin sayının artmasının səbəbinə
dair sualımızı da cavabsız qoydu.
Bununla yanaşı, şaxtalı qış mövsümünün başa çatması səbəbilə Donnel
Harris və ailə üzvləri artıq sığınacaqla təmin edilməyəcək.
Vaşinqtonluların bir neçə aydır səbirsizliklə gözlədiyi mülayim
havalar belə ailələr üçün yalnız əlavə problemlər yaradacaq.
“Biz burada günbəgün yaşayırıq. Nə versələr, razılaşmalıyıq. Əgər
sabah pul verməsələr, bilmirəm nə edəcəyik. Çox qəlizdir. Çox
ağırdır” - deyə Donnel Harrisin həyat yoldaşı Stefani Vilyams
bildirir.
amerikanınsesi.org
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı