Dünya
Refat Çubarov Rusiyanı seçdi
Krım Tatar Məclisinin sədri Refat Çubarov Rusiya Federasiyası vətəndaşının pasportunu alaraq Krımda qalacaq.
Publika.Az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, R.Çubarov bu barədə Simferopolda keçirdiyi mətbuat konfransında bildirib.
Krım Tatar Məclisinin sədri “Mən öz xalqımla birlikdə yaşayacağam” söyləyib. O, Krım tatarlarının Rusiya vətəndaşlığını almasına olan ehtiyacı yaranmış vəziyyətlə izah edib.
“Mənin estonlara, latışlara və litvalılara böyük hörmətim var. Əgər mən Ukrayna vətəndaşı olan litvalı olsaydım, reallıqları nəzərə almamaq olardı”, - Krım Tatar Məclisinin sədri Krım tatarlarının tarixi torpaqlarında qalmalı olduğunu dilə gətirib.
Qeyd edək ki, Krım tatarlarının lideri, Ukrayna Ali Radanın deputatı Mustafa Cəmilovun 2019-cu il 19 Aprel tarixinə qədər Krıma girişi qadağan edilib. O, dünən Krım Tatar Məclisinin sədr müavini Ömər Kırımla birlikdə Krımdan deportasiya olunub.
Ona Ukrayna ilə Krımın inzibati sərhədində “Rusiya Federasiyasına girişin qadağan olunması haqqında xəbərdarlıq Aktı” verilib. Ona təqdim olunan sənəddə qeyd olunub ki, bu addım ölkənin müdafiə qabiliyyəti və təhlükəsizliyinin təminatı, ictimai asayişin qorunması məqsədilə atılıb.
Ömər Dağlı
-
Sosial19:15
Cəsarət Valehova yeni vəzifə verildi? - YENİLƏNDİ
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı