Dünya
Şimon Peres orqanlarını bağışlayıb
“Şiba” klinikasının həkimləri İsrailin keçmiş prezidenti Şimon Peresin ölümqabağı ağrılarını azaltmaq üçün hər şeyi etdilər”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu keçmiş prezidenti müalicə edən həkim və Peresin kürəkəni Rafi Valdman bildirib.
“Şimon Peres heç bir ağrılar olmadan bizi tərk etdi. “Şiba” klinikasının gözəl həkimləri onun həyatı üçün vuruşurdu və bacardığı hər şeyi etdilər ki, o, əziyyət çəkmədən getsin”, - o, deyib.
Həmçinin o, qeyd edib ki, siyasətçinin öz iradəsinə əsasən, onun orqanları bağışlanacaq.
Qeyd edək ki, İsrailın sabiq prezidenti ötən gecə 93 yaşda dünyasını dəyişib. Peres sentyabrın 13-də insult keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.
İsrail prezidenti Reuven Rivlin Ukrayna səfərini yarımçıq kəsərək vətənə qayıdır. Bu gün yerli vaxtla saat 10:00-da İsrail hökuməti Pereslə vida mərasiminin təşkilinə həsr edilmiş xüsusi iclas keçirəcək. “Haaretz”ın məlumatına görə, dəfn sentyabrın 30-da olacaq.
Şimon Peres İsrailin doqquzuncu (1984-1986) və on ikinci (1995-1996) baş naziri olub. Onun prezidentliyi dövrü 2007-2014-cü illəri əhatə edir. O, 12 il ərzində hökumətdə müxtəlif vəzifələr tutub. Ən qoca İsrail siyasətçisi və dövlət xadiminin karyerası 70 ildən çox davam edib. Peres Yasir Ərəfat və İsak Rabinlə birgə 1994-cü ildə Nobel Sülh mükafatına layiq görülüb.
Ömər Dağlı
-
Hadisə05:15Faciəvi şəkildə ölən müəllimin görüntüləri - Video
-
Qoroskop01:40Günün ulduz falı: geri çəkilib plan qurmaq faydalı olacaq
-
Nida Xəbər 00:47Bakıda müşahidə olunan dronlarla bağlı ekspert açıqlaması - Bu, açıq-aşkar göstərir ki...
-
Sosial00:25Bu gün İlaxır çərşənbədir
-
Sosial16 Mart 23:00İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi
-
Sosial16 Mart 22:18Bakı metrosunda yeni qadağa: 30 manat cərimələnmək istəmirsizsə... - Foto
-
ABŞ16 Mart 21:39Trampdan bu ölkələrə çağırış: Gəlib bizə kömək edin!
-
Ekologiya16 Mart 21:26Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi

































