Dünya
“Qubernatorlar üsyan qaldıracaq” – Putin İslam Kərimov kimi...
Rusiyanın daxili siyasətinə nəzarət edən prezident administrasiyasının başçısının birinci müavini Sergey Kiriyenko 2018-ci il prezident seçkisinə kimi bir neçə məsələni həll etməlidir.
Publika.az xəbər verir ki, bu haqda Kremldəki mənbələrə istinadən RBK agentliyi yazıb.
Xüsusi halda, qubernatorları “sındırmadan” regionlarla daha yumşaq münasibətlərin qurulması ehtiyacından söhbət gedir. “Kremldə ehtiyat edirlər ki, iqtisadi böhran şəraitində separatizm baş qaldıra bilər”, - RBK-nin həmsöhbətlərindən biri deyib.
Məlumata görə, Kiriyenko seçkilərlə əlaqədar ekspertlərlə görüşlər seriyasını keçirir. O, noyabrın 1-də siyasi texnoloqlarla görüşüb. Görüşdə siyasi sistemin sabitliyi haqqında müzakirələr aparılıb.
Hazırkı prezident Vladimir Putinin seçkilərdə qələbə qazanacağı
şübhə doğurmur. Hakimiyyətin hədəfi seçkilərdə "seçicilərin yüksək
aktivliyi"ni və hakimiyyəti təmsil edən namizədin "yüksək nəticə"
qazanmasını təmin etməkdir. Lakin bu, Özbəkistan lideri İslam
Kərimovda olduğu kimi olmamalıdır (Bu ilin sentyabrında dünyasını
dəyişən Kərimov ötən ilin martında keçirilən prezident seçkisində
90,39 faiz səs toplayıb, seçici fəallığı 85 faizdən yüksək
olub).
Bundan başqa, Kreml seçkilərdə rəqabət problemini həll etməlidir.
RBK-nin həmsöhbətlərindən biri qeyd edib ki, Rusiya Kommunist
Partiyasının lideri Gennadi Züqanov və Rusiya Liberal Demokratik
Partiyasının lideri Vladimir Jirinovskinin yaşı çoxdur (müvafiq
olaraq 72 və 70 yaş). Onların seçki kampaniyasını yüksək səviyyədə
təşkil etmələrinə şübhə ilə yanaşılır.
“Ədalətli Rusiya”nın rəhbəri Sergey Mironovun reytinqi isə cəmi 2 faizdir. “Hələ anlaşılmazdır ki, bu seçkilərə daha kimləri çıxarmaq olar”, - mənbə bildirib.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu