Dünya
Kəbə işğal ediləcək – HÜCUM PLANI
İŞİD və İranın dəstəklədiyi husilər Kəbəni ələ keçirməyi
planlaşdırır.
Publika.az “Yeni Şafak”a istinadən xəbər verir ki, bu plan
Qərb tərəfindən hazırlanıb.
Məkkə savaşını başlatmaq istəyən xarici qüvvələr sünni-şiə
qarşıdurması ilə fitili alovlandırmağı düşünürlər.
Ötən həftə Yəməndə İranın dəstəklədiyi husilərin Məkkədə yerləşən
Əbdüləziz hava limanına iki ballistik raket atması Kəbənin işğal
edilməsi məsələsini yenidən gündəmə gətirib. Husilərin atdığı
raketlər havada vurularaq, zərərsizləşdirilib.
Bu hücum cəhdi hər şeydən öncə 1979-cu ildə Kəbəyə silahlı hücumu
yada salır.
1979-cu il 20 noyabr: Kəbə imamı Şeyx Məhəmməd əl Subayyil müqəddəs
məkanda toplanmış 50 mindən çox müsəlmana sübh namazı qıldırmağa
hazırlaşırdı. Həmin vaxt 400 nəfərlik silahlı qrup “Allahu Əkbər”
sədaları altında hücuma keçərək, Kəbəyə daxil oldular və qapıları
bağladılar. Kəbə işğal olunmuşdu.
Bütün növ şiddətin qadağan olunduğu Kəbədə işğalın
leqallaşdırılması üçün “qan axıdıla bilər” fitvası çıxarıldı.
Təhlükəsizlik qüvvələri Kəbəni geri almağa çalışsa da,
bacarmadılar. Daha sonra şəhər bütövlükdə boşaldıldı. Kəbə yalnız
iki həftə sonra Pakistan əsgərlərinin, GİGN (Fransa xüsusi
təyinatlı qüvvələri) və CİA əməkdaşlarının köməyi ilə azad olundu.
Bu hücumun səbəbləri hələ də açıqlanmayıb.
“Yeni Şafak” yazır ki, Amerika tərəfindən yaradılan İŞİD-in Kəbə
ilə bağlı xain planı var. İndiyə qədər açıqlanmasa da, İŞİD-in
Kəbəyə göz dikdiyi məlumdur. Kəbənin işğalı planı da lap əvvəldən
Qərb gücləri tərəfindən hazırlanıb. Görünür, planın həyata
keçirilməsi prosesi başlanır. Husilərin Məkkəyə raket atması
onların da bu planda olduğu ehtimalını gücləndirir.
Asif
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman8 May 17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım