Rus və kürdlər Türkiyə əleyhinə birləşdi
Bizi izləyin

Dünya

Rus və kürdlər Türkiyə əleyhinə birləşdi

Aksiya iştirakçıları Türkiyə hökumətindən tutulan HDP-in azadlığa buraxılmasını tələb edirlər.

Türkiyənin Moskvadakı səfirliyinin binası önündə bir qrup şəxs kürd və rus fəalları tərəfindən Xalqların Demokratik Partiyası (HDP) üzvü olan deputatların həbsinə etiraz aksiyası başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, nümayişçilər “Terrora və həbslərə son, millət vəkilləri və bələdiyyə sədrlərinə azadlıq!” şüarları ilə mitinq keçirir.

Aksiya iştirakçıları Türkiyə hökumətindən tutulan HDP-in azadlığa buraxılmasını tələb edirlər.

Aksiyaya Moskva şəhər polisi müdaxilə etmir.

Mitinqin təşkilatçılarından biri olan Rusiya parlamentinin Moskvadan seçilmiş deputatı Dmitriy Zaharov deyib ki, mitinq razılaşdırılmış formada təşkil olunub.

Xatırladaq ki, Türkiyədə toxunulmazlıq hüququnun ləğvi barədə Konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunan, bu səbəbdən dindirilmələri üçün məhkəməyə çağırılan və gəlməyən Xalqların Demokratik Partiyası (HDP) üzvü olan deputatların həbsi barədə qərar icra olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm