Qar aman vermir: 100-ə yaxın reys təxirə salındı
Bizi izləyin

Dünya

Qar aman vermir: 100-ə yaxın reys təxirə salındı

100-ə yaxın reys təxirə salınıb, daha 20-dən artıq reys isə yubanır.

Moskva aeroportlarında 100-ə yaxın reys təxirə salınıb, daha 20-dən artıq reys isə yubanır.

TASS məlumat verir ki, Domodedovo aeroportunda 6 reys təxirə salınıb, 13 reysin həyata keçirilməsində gecikmə olacaq. Şeremetyev aeroportunda isə 10 reys gecikir, 88 reys isə təxirə salınıb. Vnukovo aeroportunda 1 reys təxirə salınıb.

Reyslərin təxirə salınması və gecikməsinin səbəbi isə əlverişsiz hava şəraiti ilə əlaqədardır. Belə ki, Moskva regionunda durmadan qar yağır, şaxtalı külək əsir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm