Trampdan İTTİHAM: “İŞİD-in lider heyəti bölgəni tərk etdi”
Bizi izləyin

Dünya

Trampdan İTTİHAM: “İŞİD-in lider heyəti bölgəni tərk etdi”

ABŞ prezideni seçilən Donald Tramp ölkəsinin Yaxın Şərq siyasətini tənqid edib.

ABŞ prezideni seçilən Donald Tramp ölkəsinin Yaxın Şərq siyasətini tənqid edib.

Publika.az xəbər verir ki, ilk müsahibəsini CBS kanalına verən Tramp ABŞ-ın Yaxın Şərqdə “terrorla mübarizə” adı altında 6 trilyon dollar xərclədiyini deyib.

“Bu pulla ölkəmizi başdan ayağa iki dəfə qurardıq. Yollarımıza, körpülərimizə, tunellərimizə və hava limanlarımıza baxın, çoxu köhnəlib”, - milyarder bildirib.

Tramp həmçinin İŞİD-dən xilas olacaqlarını qeyd edib. Lakin o, bununla bağlı hansı planlarının olduğunu açıqlamayıb: “Mən Mosul əməliyyatına başlamadan dörd ay əvvəl bunu izah etməyə başlayanlar kimi deyiləm. Bu müddət ərzində İŞİD-in lider heyəti bölgəni tərk etdi. Yalnız deyə bilərəm ki, İŞİD-dən tamamilə xilas olacağıq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm