Binəli Yıldırım Rusiyaya gedir
Bizi izləyin

Dünya

Binəli Yıldırım Rusiyaya gedir

Türkiyənin baş naziri Binəli Yıldırım dekabrın 5-də Rusiyaya rəsmi səfər edəcək.

Türkiyənin baş naziri Binəli Yıldırım dekabrın 5-də Rusiyaya rəsmi səfər edəcək.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Binəli Yıldırım ikigünlük səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putin və həmkarı Dmitri Medvedevlə görüşəcək.

Görüşlərdə iki ölkə arasında ticarətin “təyyarə böhranı”ndan əvvəlki vəziyyətə gətirilməsi üçün atılacaq addımlar müzakirə ediləcək. Türkiyənin Rusiyaya tərəvəz ixracatı üzərində tətbiq olunan qadağaların ləğvi, ikitərəfli ticarətdə milli valyutalardan istifadə, sərbəst ticarət bölgəsinin yaradılması və turizm kimi mövzular gündəmdə olacaq.

Səfər zamanı həmçinin “Firat Qalxanı” əməliyyatı, Suriya və İraq münaqişələri, eləcə də FETÖ ilə mübarizə müzakirə ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm