Haaqa tribunalı Rusiyanı “işğalçı” adlandırdı
Bizi izləyin

Dünya

Haaqa tribunalı Rusiyanı “işğalçı” adlandırdı

Haaqa Beynəlxalq Tribunalı Krımın zəbt edilməsini beynəlxalq hərbi münaqişə ilə bərabərləşdirib.

Haaqa Beynəlxalq Tribunalı Krımın zəbt edilməsini beynəlxalq hərbi münaqişə ilə bərabərləşdirib.

Publika.az xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Bensuda Fatunun Ukraynaya aid hesabatında Krımla bağlı vəziyyət Ukrayna və Rusiya arasında beynəlxalq hərbi münaqişə kimi təsnif edilib.

“Daxil olmuş məlumatlara əsasən, Krım və Sevastopol ərazisində vəziyyət Ukrayna və Rusiya arasında beynəlxalq silahlı konfliktə eynimənalıdır. Bu beynəlxalq silahlı konflikt 26 fevralda (2014-cü il –red) başlanıb. Rusiya Ukrayna hökumətinin razılığı olmadan Ukraynanın ərazisinin bir hissəsi üzərində nəzarətin təmin edilməsi üçün öz silahlı qüvvələrinin şəxsi heyətini cəlb edib”, - hesabatda deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm