İşə gəlməyən deputatlar cərimələnəcək
Bizi izləyin

Dünya

İşə gəlməyən deputatlar cərimələnəcək

Parlamentin bir plenar iclasını buraxmağa görə deputatın aylıq əmək haqqının 1/6 biri məbləğində cərimə müəyyən olunub.

Rusiya Dövlət Duması çərşənbə günü plenar iclasları buraxan deputatlar üçün pul cəriməsi nəzərdə tutan palatanın reqlamentinə düzəlişlərə baxacaq.

"Report" xəbər verir ki, parlamentin bir plenar iclasını buraxmağa görə deputatın aylıq əmək haqqının 1/6 biri məbləğində cərimə müəyyən olunub.

Plenar iclaslar zamanı qeydiyyat üç dəfə aparılır: 10:00, 12:30 və 16:00-da. Deputat palatanın iclasında iştirakçı kimi sayılmaq üçün heç olmasa bir dəfə qeydiyyatdan keçməlidir.

Düzəlişlərə əsasən, deputatların nöqsanlarını palatanın Reqlament və İşlərin Təşkili Komitəsi aşkar edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm