Dünya
İki nüvə gücü müharibənin BİR ADDIMLIĞINDA - 20 hərbçi öldü
Pakistan və Hindistan sərhədində gərginlik müharibə həddinə yaxınlaşıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, iki ölkə hərbçiləri arasında atışma nəticəsində ən azı 20 nəfər həlak olub.
İki ölkə arasında münasibətlər sentyabrın 29-da Kəşmirdə nəzarət xəttində baş verən hadisədən sonra gərginləşib. Həmin vaxt Hindistan bildirib ki, Pakistan ərazisindəki terrorçuların bazalarına nöqtə zərbələri endirib və anti-terror əməliyyatı həyata keçirib.
Pakistan isə adi sərhəd atışmasının baş verdiyini və iki hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb. Hadisə Kəşmirdə Hindistan hərbi hissəsinə döyüşçülərin hücumundan 10 gün sonra baş verib. Hücumda 19 əsgər həlak olmuşdu.
Sentyabrın 30-da isə Pakistanın müdafiə naziri Xavaca Asif Hindistan hakimiyyətinə xəbərdarlıq edib. “İki dövlət arasında hərbi konflikt başlasa, Pakistan ordusu nüvə silahına əl atacaq. Pakistan ordusu Hindistanı məhv edəcək. Pakistan ordusu Hindistan tərəfdən atılacaq istənilən addıma cavab verməyə hazırdır", - deyə Asif bildirib.
Ömər Dağlı
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı