Üzərində Atatürkün rəsmi olan xalça qalmaqal yaratdı – - FOTO
Bizi izləyin

Dünya

Üzərində Atatürkün rəsmi olan xalça qalmaqal yaratdı – - FOTO

Təmirdən sonra xalça əvvəlki yerində deyil, sərgi salonunda yerləşdirilib.

Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev tərəfindən 1994-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri olmuş Hüsamettin Cindoruka hədiyyə edilən, üzərində Mustafa Kamal Atatürkün rəsmi əks olunan xalça bu ölkənin parlamentində ciddi qalmaqal yaradıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən xalça 1994-cü ildən bəri TBMM-nin “müxalifət dəhlizi” adlanan hissəsində sərgilənib. Amma Türkiyədə baş verən 15 iyul hadisələri zamanı TBMM-nin binası da yararsız hala düşüb və təmirə dayandırılıb. Təmirdən sonra isə xalça əvvəlki yerində deyil, sərgi salonunda yerləşdirilib.

Türkiyənin Cümhuriyyətçi Hərəkat Partiyasından (CHP) olan bir qrup deputat buna görə hökumətə etiraz edib. CHP-çi deputatlar bildirib ki, TBMM-nin hər bir yeri Türkiyə xalqına məxsusdur: “Mustafa Kamal Atatürk isə bu xalqın milli lideridir. Ona görə də Mustafa Kamal Atatürkün rəsminin yerləşdirilməsi ilə bağlı ayrı-seçkilik etmək doğru deyil”.

Məsələ ilə bağlı TBMM-nin rəhbərliyi də açıqlama yayıb. Açıqlamada deyilir ki, xalça üzərində əks olunan Mustafa Kamal Atatürkün həmin tablosu 15 iyul hadisələrindən sonra binanın təmir olunması ilə əlaqədar götürülüb: “Ancaq bina təmir olunandan sonra sərgi salonunda yerləşdirilib. Bu baxımdan da Mustafa Kamal Atatürkün hər hansı siyasi partiya tərəfindən inhisara alınması doğru deyil. Mustafa Kamal Atatürk bütün Türkiyə xalqının lideridir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm