Yanukoviç: “Donbas Ukraynanın tərkibində olmalıdır”
Bizi izləyin

Dünya

Yanukoviç: “Donbas Ukraynanın tərkibində olmalıdır”

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Publika.az Xarici mətbuata istinadən xəbər verir ki, Rostovda keçirdiyi mətbuat konfransında V.Yanukoviç deyib:

“Mən Donbasın Ukraynanın tərkibində olması, Ukraynanın ərazi bütövlüyünün saxlanılmasının tərəfdarıyam”.

Sabiq prezident əvvəldən Donbasın ayrılmasının əleyhinə olduğunu qeyd edib: “Münaqişənin həlli üçün əvvəlcə atəşkəsə nail olmaq və qoşunları geri çəkmək lazımdır”.

V.Yanukoviç “Maydan” hərəkatı zamanı özünün ən böyük səhvindən də danışıb: “Mən müqəddəs deyiləm. Hərbi vəziyyətə dair qanun imzalamağa özümdə güc tapmadım. Mən qan tökə bilməzdim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm