Dünya
İraqda “Qafqaz” uğrunda mübarizə başladı – RƏSMİ TANINMA TƏLƏBİ
İraqda yaşayan çeçenlər, çərkəzlər və Dağıstan xalqları (avarlar, darginlər, ləzgilər və Dağıstan ərasizində yaşayan digər xalqlar –red.) Konstitusiya çərçivəsində rəsmi tanınmanı tələb edirlər.
Publika.az xəbər verir ki, bu haqda “Al-Monitor” beynəlxalq nəşri yazıb.
Bu xalqlar “Qafqaz” milli adı altında öz icmalarını birləşdirmək istəyirlər. Qafqaz xalqları bərabər hüquqlar və hüquqi müdafiə zəmanətləri almaq üçün Konstitusiyada rəsmi tanınmanı istəyirlər. Noyabrın 24-də Süleymaniyyə vilayətində “Mədəniyyətin inkişafı üçün Masarat və KİV” qeyri-hökumət təşkilatı ilə üç qrupun nümayəndələrinin görüşü keçirilib. Görüşdə Qafqaz xalqları öz tələblərini rəsmən irəli sürüblər.
Təşkilat hazırda azlıqların hüquqları haqqında qanun layihəsini hazırlayır. Qanun layihəsi parlamentə təqdim ediləcək.
İraq çərkəzlərinin lideri Əhməd Katav bu tələblər haqqında “Al-Monitor”a danışıb: “İraq Konstitusiyası Qafqaz xalqları - çərkəzlər, çeçenlər və dağıstanlıları bütün qalan azlıqlar kimi rəsmən tanımalıdır. Onlar qanunla qorunan İraqdakı digər azlıqlar arasında olmalıdır. Biz istəyirik ki, Qafqaz azlıqları başqa azlıqlar kimi kvotalar sisteminə uyğun olaraq parlamentdə təmsil edilsin”.
Qafqaz xalqları öz tələbləri ilə “Mədəniyyətin inkişafı üçün Masarat və KİV”ə müraciət ediblər. Çünki öz maraqlarını rəsmi səviyyədə təqdim etmək üçün siyasi partiyanı formalaşdıra bilməyiblər.
Əhməd Katav deyib ki, İŞİD-ə qarşı mübarizə ilə əlaqədar olaraq təhlükəsizlik sahəsində yaranan gərgin vəziyyətə görə siyasi hərəkata başlamaq təhlükəlidir. “Biz siyasi partiya yaratmadıq. Ancaq biz 2004-cü ildə Kərkükdə “Həmrəylik Assosiasiyası” adlı mədəni-ictimai təşkilatın yaradılmasına başladıq. Mən assosiasiyanın vitse-prezidenti, çeçen prezident, dağıstanlı isə birinci katib idi. Amma təhlükəsizlik şərtləri assosiasiyanın siyasi orqana çevrilməsinə mane olur. Bundan başqa, müstəqil siyasi partiyanın formalaşdırılacağı halda, böyük siyasi hərəkatların təsiri altına düşəcəyimizdən qorxuruq”, - deyə o bildirib.
“Həmrəylik Assosiasiyası”nda dağıstanlıları təmsil edən Adnan Əbdül Bari qeyd edib ki, Qafqaz xalqlarının nümayəndələri arasında birgə işin əhəmiyyəti böyükdür: “Bizdə eyni mənşə, ümumi tarix, coğrafiya, mədəniyyət və ənənələrə malikik. Şimali Qafqaz xalqlarının eyniliyi bizi birləşdirir. Buna görə də vahid mədəni eyniliklə vahid xalq kimi irəli çıxmağın vaxtı gəlib”.
Mənşəcə dağıstanlı olan tədqiqatçı, “Həmrəylik” jurnalının redaktoru Məhəmməd Hüseyn “Al-Monitor” deyib ki, Rusiya imperiyası Qafqazın xalqlarını 1864-cü ildə Qafqazdan köçməyə məcbur edib. Onlar Şimali Qafqazı tərk edərək Türkiyə ərazisində yerləşməli idilər. Amma sonralar Osmanlı dövləti onları İordaniya, Suriya və İraqa sıxışdırıb.
“Həmrəylik Assosiasiyası”nda çeçenlərin nümayəndəsi Mazen Əbdül Rəhman dağıstanlılar və çərkəzlərdən fərqli olaraq İraqda ayrı çeçen qəsəbələrinin olduğunu deyib.
Əhməd Katavın sözlərinə görə, İraq ərazisində çeçenlər Qafqaz xalqları arasında birinci yerdədir. Onları dağıstanlılar və çərkəzlər izləyirlər. Onun sözlərinə görə, Qafqaz ailələrində yaşlı insanların yalnız məhdud sayı indiyə qədər Qafqaz dillərində danışırlar. “Amma onların sayı tədricən azalır. Bu o deməkdir ki, dillər mütləq unudulacaq”, - o vurğulayıb.
Ömər Dağlı
-
Region21:39İranın Türkiyəyə raket atmasına Ərdoğandan reaksiya
-
Region20:12Xameneinin ölümündən əvvəl hazırladığı, regionu xaosa sürükləyəcək şok plan
-
Elm və təhsil20:00Ölkə məktəblərində bu qidaların satışı qadağan edildi - Siyahı
-
İnanc19:40Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı
-
ABŞ19:30ABŞ-ın yeni hərbi qüvvələri bölgəyə göndərilir, İranın sonu çatıb - Pit Heqset
-
Sosial19:00Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu
-
Region17:55Ölüm xəbəri yayılan Əhmədinejad ictimaiyyət qarşısına çıxdı - Foto
-
Yaxın Şərq17:06İranın nüvə obyektlərində son vəziyyət: Sızma riski var?








.jpg)



















.jpg)






