Nida Xəbər
Diplomatlar Azərbaycan vasitəsilə İrandan təxliyə olunurlar - Foto
Hazırda "Astara" Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə ispan və braziliyalı diplomatların təxliyə prosesi həyata keçirilir.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, diplomatlar kiçik qruplar halında Azərbaycan ərazisinə daxil olublar. Müxtəlif vəzifələrdə çalışan bu şəxslər hazırda sərhəd-keçid məntəqəsində müvafiq yoxlanış prosedurlarından keçirilirlər.
Bəzi diplomatların vizası olmadığından, sərhəd buraxılış məntəqəsində operativ şəkildə elektron viza rəsmiləşdirilməsi həyata keçirilir.
Qısa müddət ərzində diplomatların Azərbaycan ərazisi vasitəsilə təhlükəsiz təxliyəsinin təmin olunacağı bildirilir.
***
Bu gün axşam saatlarından etibarən "Astara" Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə diplomatların kütləvi keçidi başlayıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, müxtəlif ölkələrin diplomatik nümayəndələri ardıcıl şəkildə Azərbaycan ərazisinə daxil olurlar. Az öncə beş ayrı-ayrı səfirliyə məxsus diplomatik nümayəndəliklərin avtomobilləri sərhədi keçərək ölkə ərazisinə buraxılıb.
Keçid prosesi təhlükəsizlik tədbirləri çərçivəsində və mövcud prosedurlara uyğun şəkildə həyata keçirilir.
Hazırda Braziliya səfirliyinin əməkdaşları da təxliyə olunub. Təxliyə olunanlar arasında səfirin özü də var.
Keçid prosesi təhlükəsizlik tədbirləri çərçivəsində və mövcud prosedurlara uyğun şəkildə həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
İsveç və Çexiyanın diplomatik korpusunun əməkdaşları “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, az öncə iki çex və bir İsveç diplomatı sərhəd məntəqəsindən Azərbaycana keçiblər.
Təxliyə prosesi müvafiq prosedurlar çərçivəsində həyata keçirilir və digər diplomatların da təhlükəsiz çıxışı təmin olunur.
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi









.jpg)







.jpg)

















