Amerika Rusiya sərhədinə ordu yeritdi – BÖYÜK MÜHARİBƏ QAPIDA
Bizi izləyin

Dünya

Amerika Rusiya sərhədinə ordu yeritdi – BÖYÜK MÜHARİBƏ QAPIDA

Üç yük gəmisi ilə gələn hərbi texnika ilə yanaşı, 4 min amerikalı əsgərin də Avropaya göndəriləcəyi deyilir.

ABŞ-a aid yüzlərlə tank, zirehli avtomobil və digər hərbi texnika Rusiya ilə sərhəddə olan NATO ölkələrinə yerləşdirilib.

Publika.az
xəbər verir ki, Avropaya göndərilən texnikanın içində 87 Abrams M1A1 tank, 20 Paladin motorlu silahlı qaubitsa, 136 Bradley döyüş avtomobili və yüzlərlə zirehli avtomobil var. Ümumilikdə, 2 min 800 silah Bremerhaven limanından Rusiya sərhədinə göndərilib.

Üç yük gəmisi ilə gələn hərbi texnika ilə yanaşı, 4 min amerikalı əsgərin də Avropaya göndəriləcəyi deyilir.

Məlumatlara görə, ABŞ Polşa ilə birlikdə böyük hərbi təlim keçirəcək.

ABŞ ordusunun generalı Tim McQuire bildirib ki, “Atlantik Həll Əməliyyatı” bir neçə ildir davam edir: “Bu, Şərqi Avropada olan müttəfiqlərimizin təhlükəsizliyinin ABŞ zəmanəti altında olduğuna işarədir”.

NATO üzvü olan Almaniya, İngiltərə və Kanada də hər biri 1000 əsgərdən ibarət taborlarını Estoniya, Latviya və Litvaya yollayıb. Bu taborların fevral ayında Polşa, Baltikyanı ölkələr, Bolqarıstan, Rumıniyaya yerləşdiriləcəyi deyilir.

Rusiya baş verənlərə hələki heç bir reaksiya verməyib. Bir müddət öncə Kreml Kalininqrada S-300 və “İsgəndər-M” raket komplekslərini yerləşdirib. Bununla yanaşı, Polşa sərhədində də əlavə rus ordusu yığılır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm