Bağdadda ikinci partlayış: 23 adam öldü - YENİLƏNİB
Bizi izləyin

Dünya

Bağdadda ikinci partlayış: 23 adam öldü - YENİLƏNİB

50 nəfər yaralanıb.

Bu gün Bağdadda ikinci dəfə partlayış törədilib.

APA-nın "Sky News Arabia" telekanalına istinadən verdiyi məlumata görə, paytaxtın Baladiyat rayonunda bazarda terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

Partlayış nəticəsində 10 nəfər ölüb.

Qeyd edək ki, bundan öncə Bağdadın Cəmilə rayonunda bazarda bomba yüklü avtomobilə partlayış törədilib. Partlayış nəticəsində 13 nəfər ölüb, 50 nəfər yaralanıb. Bu partlayışa görə artıq İŞİD terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb. Son partlayışa görə isə hələ ki, məsuliyyəti öz üzərinə götürən yoxdur.
____

14:04

"İslam dövləti" terror təşkilatı İraqın paytaxtı Bağdadda baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, Bağdadda baş verən partlayış nəticəsində 12 nəfər ölüb, 50 nəfər yaralanıb.

---------

13:01

"İslam dövləti" terror təşkilatı İraqın paytaxtı Bağdadda baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə Trend "Reuters" agentliyinə istinadən xəbər verir.

Xatırladaq ki, Bağdadda baş verən partlayış nəticəsində 12 nəfər ölüb, 50 nəfər yaralanıb.

---------

11:00

Publika.az report.az-a istinadən bildirir ki, Bağdadda terror aktı nəticəsində 12 nəfər ölüb, 50-si yaralanıb.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bomba ilə yüklənmiş avtomobil Bağdadın şərq hissəsində partlayıb.

Qeyd edək ki, yanvarın 5-də Bağdadın Bab əl-Muazam rayonunda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm