Səfirin ölümünə görə daha bir polis tutuldu
Bizi izləyin

Dünya

Səfirin ölümünə görə daha bir polis tutuldu

Ankarada səfirin ölümünə görə daha bir polis tutuldu.

Ankara məhkəməsi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə əlaqədar daha bir polis əməkdaşı barəsində həbs qətimkan tədbiri seçib.

Publika.az xəbər verir ki, cinayət işinin istintaqı çərçivəsində saxlanı 7 polis əməkdaşı - Kaan Bülbül, Səfa K., Ufuk Q., Kadir Ş., Oğuzxan O., Doğuxan S. və Bilal D. Ankara prokurorluğunda dindirilib.

Dindirilmədən sonra Səfa K. sərbəst buraxılıb. Kaan Bülbül barəsində həbs qətimkan tədbiri seçilib və o, Ankaranın “Sincan” həbsxanasına yerləşdirilib. Qalan polis əməkdaşları barəsində şəhəri tərk etməmək qətimkan tədbiri seçilib.

Qeyd edək ki ötən gün məhkəmə Andrey Karlovun qətli ilə əlaqədar digər polis əməkdaşı Sercan Başar və sahibkar Enes Asim Silin barəsində həbs qətimkan tədbiri seçib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm