Müharibə ƏMRİ VERİLDİ: 2 milyon əsgər hücuma hazırlaşır
Bizi izləyin

Dünya

Müharibə ƏMRİ VERİLDİ: 2 milyon əsgər hücuma hazırlaşır

Müharibə ƏMRİ VERİLDİ

“Çinlə ABŞ-ın müharibə aparacağı artıq sadəcə ehtimal yox, qaçılmazdır”.

Publika.az xəbər verir ki, bu barədə Çinin Müdafiə və Səfərbərlik Komissiyasından olan yüksək çinli zabit deyib.

ABŞ-ın Çinə qarşı aqressiv mövqeyinə cavab olaraq, adı açıqlanmayan yüksək rütbəli Çin zabitinin sözləri “Çin Xalq Qurtuluş Ordusu” saytında yayımlanıb.

“South China Morning Post” qəzeti yazır ki, “Trampın prezidentliyi dövründə baş verə biləcək müharibə” kimi sözlər artıq şüar yox, realdır.

Çinli zabit bunu açıq şəkildə ifadə edib və bildirib ki, Cənubi və Şərqi Çin Dənizində əlavə hərbi qüvvənin yerləşdirilməsi, eləcə də Koreya yarımadasını qorumaq üçün raketdən müdafiə sistemlərinin yerləşdirilməsi üçün əmr verilib.

Qeyd edək ki, Donald Tramp prezident seçiləndən sonra “Tək Çin” siyasətinə qarşı çıxaraq, Tayvan lideri ilə əlaqə yaradıb. ABŞ-ın bu addımı Çinin bölünməsi ilə nəticələnə bilər. Həmçinin, Ağ Evin yeni administrasiyası Pekinin Cənubi Çin Dənizində hegemonluq etməsinə qarşı çıxır. Tramp bütün bunlarla yanaşı, Çin iqtisadiyyatını çökürtmək üçün bu ölkədən ABŞ-a idxal olunan məhsullara böyük miqdarda vergi qoyacağını deyib. Rəsmi Pekin öz media orqanları ilə Vaşinqtona müharibə mesajı göndərib. Ekspertlərə görə, bu, Çinin ABŞ-ı qorxudaraq, geri çəkilməsini təmin etmək gedişidir. Çin ordusunun rəsmi şəxsinin müharibə ilə bağlı sözləri isə hər iki ölkənin böyük hərbi toqquşmanın kandarına qədər gəldiyini ifadə edir. 2,3 milyon əsgərə sahib olan Çinin müharibə qərarı verəcəyi təqdirdə, bunun III Dünya savaşı ola biləcəyi deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm