Müsəlmanlara qarşı ŞOK ADDIM: Qandallarla gəzəcəklər
Bizi izləyin

Dünya

Müsəlmanlara qarşı ŞOK ADDIM: Qandallarla gəzəcəklər

Şübhəli bilinən radikal müsəlmanların hərəkət marşrutlarını izləmək olacaq.

Almaniya hökuməti potensial cinayətkarlara qarşı ölçülərin sərtləşdirilməsi üzrə təklifləri bəyənib.

Publika.az “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, təkliflər Berlində Milad bazarına hücumdan sonra gündəmə gəlib.

Xüsusi halda, hökumət potensial cinayətkarlar üçün “elektron qandallar”ın tətbiqini qanuniləşdirib. Bununla da terror aktlarına hazırlıqda şübhəli bilinən radikal müsəlmanların hərəkət marşrutlarını izləmək olacaq.

Xatırladaq ki, Almaniya paytaxtında terror aktı 2016-cı il dekabrın 19-da törədilib. Yük maşını Berlinin mərkəzindəki Milad bazarını girib. Hadisə nəticəsində 12 nəfər həlak olub, 48-i yaralanıb.

Terror aktına görə, məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm