Qar uçqununda ölənlərin sayı 100-ü ötdü - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Qar uçqununda ölənlərin sayı 100-ü ötdü - YENİLƏNDİ

25 ev qar altında qalıb.

Əfqanıstanda qar uçqunlarında ölənlərin sayı 100 nəfəri ötüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Nuristan əyalətində iki yaşayış məntəqəsi qar altında qalıb.

Kəndlərin birində xilasedicilər 50 nəfəri uçqun altından çıxararaq xilas edib.

Uçqunlara səbəb üç gün ərzində aramsız yağan qar olub.

19:04

Əfqanıstanda yağan güclü qardan sonra qar uçqunları və şaxta nəticəsində son 3 gündə ölənlərin sayı 54 nəfərə çatıb.

APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Əfqanıstanın təbii fəlakətlərin nəticələrinin ləğvi üzrə naziri Ömər Məhəmmədi açıqlayıb.

Ö. Məhəmmədi deyib ki, ölkənin 22 əyalətində qar uçqunu və şaxtalar nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb, 42 nəfər xəsarət alıb. Təbii fəlakət nəticəsində 168 ev dağılıb, 340 baş mal-qara ölüb.

15:21

Pakistanın şimal-qərbindəki Hayber-Pahtunhva vilayətinin Çitral dairəsində baş vermiş qar uçqunu nəticəsində azı 14 nəfər həlak olub.
Publika.az report.az-a istinadən bildirir ki, bu barədə "Dawn" qəzeti xəbər verib.

Məlumata görə, ölənlərdən 6-sı uşaq, 6-sı isə qadındır. Xəbərdə bildirilir ki, Şer Şal rayonundakı kəndlərdən biri, o cümlədən 25 ev qar altında qalıb. Daha 5 ev isə tamamilə dağılıb.

Uçqunlar altından çıxarılmış 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Həmin dairədə, Arundu rayonu ərazisində bir neçə saat sonra Pakistan-Əfqanıstan sərhədləri yaxınlığındakı polis postu da qar uçqununa məruz qalıb. Nəticədə yeddi asayiş keşikçisi xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm