“Rəngli inqilab” başlandı - 7 ildən sonra ŞOK TƏSADÜF
Bizi izləyin

Dünya

“Rəngli inqilab” başlandı - 7 ildən sonra ŞOK TƏSADÜF

İctimai-iqtisadi vəziyyətə etiraz olaraq mitinqlər başlanıb.

Qırğızıstanın şimalında - Narin vilayətində ölkədəki ictimai-iqtisadi vəziyyətə etiraz olaraq mitinqlər başlanıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, vilayət administrasiyasının binası qarşısında toplaşan mitinq iştirakçıları hakimiyyətdən elektrik tariflərini yenidən gözdən keçirməyi tələb edirlər.

Onlar regionda iqlim şərtlərini nəzərə almağı və qış dövründə bir kilovat-saat elektrik enerjisinin qiymətinin 0,77 som (bir dollar 69,43 soma bərabərdir) səviyyəsində müəyyən edilməsini, həmçinin kömürün qiymətinə nəzarət etməyi xahiş edirlər.

Məlumata görə, Narin vilayətində bu il qış çox sərt keçir. Orta temperatur mənfi 30 dərəcə səviyyəsindədir. İstilik sisteminə çəkilən xərclər bəzi hallarda əhalinin gəlirlərini ötür. Elektrik enerjisi üçün çəkilən xərc bəzən 5 min soma çatır. Ağır ictimai-iqtisadi vəziyyətə baxmayaraq, hökumət tərəfindən müvəqqəti və ya mövsümi güzəştlərin tətbiqi nəzərdə tutulmur.

Qüvvədə olan tariflərə görə, ayda 700 kVt/saata qədər istifadə olunan elektrik enerjisinə 0,77 som ödənilir. Limitdən yuxarı elektrik enerjisinin tarifi isə 2,6 som təşkil edir.

Xatırladaq ki, 2010-cu ildə Qırğızıstanın şimalında başlanmış etiraz aksiyaları nəticəsində ölkənin keçmiş prezidenti Kurmanbek Bakiyev aprel ayında hakimiyyətdən devrilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm