Yeni “qara qutu” Türkiyəyə gəlir - - VİDEO
Bizi izləyin

Dünya

Yeni “qara qutu” Türkiyəyə gəlir - - VİDEO

Səfərin prezidentlərin telefon söhbətindən dərhal sonra reallaşdırılması diqqət çəkir

Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Maykl Pompeo sabah Türkiyəyə səfər edəcək.

Publika.az xəbər verir ki, bu, CİA-nın yeni direktorunun ilk xarici səfəri olacaq.

Maykl Pompeo İran əleyhinə bəyanatları ilə tez-tez gündəmə gəlir. O, “5+1” qrupunun (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) İranla imzaladığı nüvə razılaşmasına qarşı çıxır.

Səfərin ABŞ prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbətindən dərhal sonra reallaşdırılması diqqət çəkir. Prezidentlər arasında telefon söhbəti ötən gecə olub.


Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm