“Rusiya təbliğatı sübut etməyə çalışırdı ki...” - “Givi”nin qətlində ŞOK DETALLAR
Bizi izləyin

Dünya

“Rusiya təbliğatı sübut etməyə çalışırdı ki...” - “Givi”nin qətlində ŞOK DETALLAR

Donbasın işğal edilmiş ərazilərində döyüşçülərin təmizlənməsi davam edə bilər.

Ukraynanın Donetsk vilayətində “Givi” ləqəbli məşhur terrorçu, “Somali” taborunun başçısı Mixail Tolstıxın qətlinin arxasında “Donetsk Xalq Respublikası”nın (“DXR”) başçısı Aleksandr Zaxarçenko dayanır.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna KİV-inə Ali Radanın deputatı Dmitri Tımçuk deyib.

Deputatın sözlərinə görə, Mixail Tolstıxla Aleksandr Zaxarçenko arasında çoxdan münaqişə var idi.

“Motorola”nın aradan götürülməsindən dərhal sonra “Givi”nin ölümünü proqnozlaşdırırdıq. Bu haqda şayiələr hətta döyüşçülərin öz aralarında yayılmışdı. Ümumiyyətlə, “Givi”nin aradan götürülməsi Zaxarçenko üçün “Motorola”nın qətlindən daha əhəmiyyətli idi. Bu onunla bağlıdır ki, onlar arasında çoxdan münaqişə var idi. “Givi”nin taboru terrorçuların qalan hərbi bölmələrindən fərqlənirdi. Tabor yerli döyüşçülərlə komplektləşdirilmişdi, komandiri də Rusiya zabiti deyildi. “Somali” nümunəsində Rusiya təbliğatı sübut etməyə çalışırdı ki, Donbasda yalnız yerli döyüşçülər vuruşurlar və orada Rusiya izi yoxdur. Amma “Givi” Zaxarçenkonun vasitəçiliyi olmadan Rusiyadan olan kuratorlarla birbaşa işləmək istəyirdi”, - deyə Dmitri Tımçuk bildirib.

Onun fikrincə, Zaxarçenko “Givi”nin qətli üçün ən münasib vaxtı seçdi: “Aydın idi ki, “Givi”nin “Motorola”dan dərhal sonra aradan götürmək olmaz. Bu, vəziyyətin gərginliyinə gətirib çıxara bilərdi. Eyni zamanda “Somali”nin özündə “Givi”nin sərt diktaturası qurulmuşdu, döyüşçülər narazı idilər. Hiddət kritik səviyyəyə qədər artanda Zaxarçenko anladı ki, bu onun xoşbəxt anıdır və “Givi”ni öldürməyə qərar verdi. Ukraynalılar alqışlayacaqlar, həmçinin döyüşçülər razı qalacaqlar. Yəni, hamı üçün yaxşı olacaq”.

Tımçuk hesab edir ki, Donbasın işğal edilmiş ərazilərində döyüşçülərin təmizlənməsi davam edə bilər.

Qeyd edək ki, “Somali” taborunun başçısı bu gün səhər saatlarında öldürülüb. “DXR”-in “Müdafiə Nazirliyi”ndən bildirilib ki, o, “terror aktı” nəticəsində ölüb. Terrorçu "Şmel” qumbaraatanından açılan atəş nəticəsində məhv edilib. Rusiya mətbuatının yazdığına görə, atəş açılan zaman "Givi" öz kabinetində olub.

“Motorola” ləqəbli Arseniy Pavlov isə ötən ilin oktyabrında yaşadığı evin liftində quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində həlak olub. O, “DXR”-in liderlərindən biri olub.

Separatçılar hadisənin törədilməsində Ukraynanın xüsusi xidmət orqanlarını ittiham ediblər. Daha əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko əsgər ölümlərinə görə, “Motorola”dan intiqam alacağını bəyan etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm