Astana danışıqları təxirə salındı
Bizi izləyin

Dünya

Astana danışıqları təxirə salındı

Suriyaya dair Astanada keçiriləcək danışıqlar təxirə salınıb.

Astanada Suriyaya dair danışıqların sabaha planlaşdırılmış ikinci raundunun tarixi fevralın 16-na keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Suriya Dövlət Televiziyasının məlumatında bildirilir. Məlumata görə, tarixin dəyişdirilməsinə səbəb Suriya silahlı müxalifətin və Türkiyə tərəfinin nümayəndə heyətlərinin hələ ki Qazaxıstana getməməsi göstərilib.

Qeyd edək ki, Suriyada münaqişənin nizamlanmasına dair Astana prosesinin növbəti iclası 15-16 fevral tarixinə planlaşdırılmışdı. Görüşün qapalı şəraitdə keçiriləcəyi bildirilir. Görüşdən sonra mətbuat-konfransı keçiriləcək.

Danışıqlarda iştirak etmək üçün Rusiya, İran, Suriya hökuməti və BMT-nin nümayəndə heyətləri artıq Astanadadır. Suriya silahlı müxalifətin və Türkiyə tərəfinin nümayəndə heyətlərinin də Qazaxıstana gəlməsi gözlənilir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm