Dünya
XXI əsrin ən böyük İŞĞAL PLANLARI: Tanklar Kəbə divarları qarşısında... – QƏRBİN LAYİHƏSİ
“İran Suriyadan Türkiyəni vurur, Türkiyəyə yaxın bütün təşkilatları hədəf alır. İran Türkiyəni mühasirəyə almağa çalışan terror dəhlizinin ən böyük dəstəkçilərindən biridir”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin “Yeni Şafak” nəşrində İbrahim Karagül yazıb.
İranın PKK terror təşkilatına silah və pul verdiyini iddia edən müəllif qeyd edir ki, Tehranın Suriya müharibəsindəki bütün kartları Türkiyəni əldən salmağa və dayandırmağa hesablanıb.
“Çünki Tehranın əsas məqsədi Suriyanın şimalındakı dəhliz üzərindən Türkiyə ilə sünni ərəb dünyasının əlaqəsini kəsmək, iki güc arasında qalın divarlar tikməkdir. Bunu isə kürd milliyyətçiliyi, PKK və PYD-dən istifadə edərək etməyə çalışır. “Fərat Qalxanı” hərəkatı yalnız terror dəhlizinin kəsilməsi deyil, həm də İranın böyük planının iflas etməsi deməkdir”.
Yəməndə İranın dəstəklədiyi Husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadı raket atəşinə tutmasını xatırladan İ.Karagül raketlərdən birinin səhvən Məkkəyə düşmə ehtimalını qiymətləndirib: “Bir gün bir raket səhvən Məkkəyə düşsə, İran bunun altında əzilər. Belə bir vəziyyətdə bu raketi üçüncü bir güc də odlaya bilər. Heç kim İran tanklarının Kəbə divarları qarşısında dayanmasına icazə verməz. Həmin gün bu döyüşlər İran coğrafiyasının uzaqlarında deyil, içində baş verə bilər”.
Müəllif İranın bütün ərəb dünyasını hədəf alan, gizləməyə ehtiyac duymadığı və birbaşa Məkkəni ələ keçirməyə yönəlik planın olduğunu bildirib: “Yəməndən Səudiyyə Ərəbistanının Ciddə şəhəri və Ər-Riyada atılan İran raketləri Tehranın niyyətlərini açıq şəkildə göstərir - gözdağı vermək, təhdid etmək. İran Qərbin illərdir layihələşdirdiyi “İslam vətəndaş müharibəsi” tezisinə ilkin hazırlıq görməkdə, bölgəni daxili qarşıdurmaya sürüməkdədir. İran iyirmi birinci yüzilliyin ən böyük işğal planları üçün bölgədən kənar ölkələrlə ortaqlıq qurmaqdadır”.
Ömər
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR