Dünya
Tramp müharibə əmri verdi
ABŞ prezidenti Donald Trampın administrasiyası Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı hərbi güc tətbiqini istisna etmir.
Publika.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” nəşri yazıb.
Nəşrin məlumatına görə, Vaşinqton hazırda Pxenyana qarşı atıla biləcək mümkün ölçüləri araşdırır. Bildirilir ki, bu ölçülər arasında həmçinin KXDR-də rejimin dəyişdirilməsi də var.
Fevralın 28-də CNN telekanalı Ağ Evdəki yüksək vəzifəli mənbəyə istinadən bildirib ki, Donald Tramp KXDR-i və onun nüvə proqramını Birləşmiş Ştatlar üçün əsas təhdid hesab edir. Telekanalın həmsöhbətinin məlumatlarına əsasən, ABŞ prezidenti daha əvvəl Çin nümayəndəsi ilə görüşüb və Pekini Pxenyana təzyiq etmək üçün əlindəki təzyiq linglərindən istifadə etməyə çağırıb.
Qeyd edək ki, son zamanlar Tramp bir neçə dəfə Şimali Koreyadan danışıb. Prezident yanvar ayının ortalarında yeni tipli ballistik raketin sınağını keçirən KXDR-lə ölkəylə məşğul olacağına söz verib. KXDR-in lideri Kim Çeni In özünün yeni il müraciətində elan edib ki, ölkə qitələrarası ballistik raket yaradılması üzrə işlərin son mərhələsindədir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar təcavüzkar siyasətinə son qoymasa, Pxenyan öz hərbi potensialını gücləndirəcək.
Ömər Dağlı
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi