Merkel miqrantları Almaniya qanunlara hörmət etməyə çağırdı
Bizi izləyin

Dünya

Merkel miqrantları Almaniya qanunlara hörmət etməyə çağırdı

Almaniya kansleri bu barədə suriyalı jurnalist Həmdi-əl Kassara müsahibəsində deyib.

Angela Merkel Almaniyaya üz tutan miqrantları ölkə qanunlarına hörmət etməyə çağırıb.

Almaniya kansleri bu barədə suriyalı jurnalist Həmdi-əl Kassara müsahibəsində deyib.

Publika.az xəbər verir ki, Almaniya höküməti dünyanın müxtəlif ölkələrindən gələn miqrantların ölkə daxilində qaydaları pozmasından narahatlığını bildirib: "Bizim ölkənin özünün milli dəyərləri, qanun-qaydaları var. Almaniyaya gələn miqrantlar bu qaydalara hörmətlə riayət etməlidir. Miqrantlar özləri haqqında yalan informasiyalar verərək araşdırmanı ləngidirlər".

Anqela Merkel ölkəyə gələn miqrantlar sırasında Suriya və İraqdan ölkə sərhədlərinə keçən qaçqınları başa düşdüyünü deyib: "Biz onları başa düşürük. Fərqli millət, fərqli qanunlara adaptasiya olmaq zaman alır. Lakin onlardan tələbimiz bizə düzgün informasiya versinlər. Çünki biz Suriya və İraq haqqında, eləcə də Afrika ölkələri haqqında çox az informasiyalara sahibik. Almanlar bunu nəzərə alaraq daha çox informasiya toplamağa çalışmalıdır".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm