Hoteldə qaz sızdı: 6 uşaq zəhərləndi
Bizi izləyin

Dünya

Hoteldə qaz sızdı: 6 uşaq zəhərləndi

ABŞ-ın Miçiqan ştatının Nayls şəhərində otellərin birində qaz sızması baş verib.

ABŞ-ın Miçiqan ştatının Nayls şəhərində otellərin birində qaz sızması baş verib.

Publika.az-ın Trend-ə istinadən məlumatına əsasən, sızma nəticəsində 6 uşaq zəhərlənib.

ABC telekanalı məlumat verir ki, ümumilikdə 12 nəfər dəm qazından zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənən uşaqlardan sonradan dünyasını dəyişib.

İlkin məlumatlara görə, dəm qazının yayılmasına səbəb hovuzun su qızdırıcısının nasaz olmasıdır.

Faktla bağlı polis araşdırma aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm