• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

İctimai xadim QƏZƏBLƏNDİ: "Seriallar ekranlardan yığışdırılmalıdır"

  • Dünya
  • 3 Aprel 2017 11:04
  • 906 Baxış
İctimai xadim QƏZƏBLƏNDİ: "Seriallar ekranlardan yığışdırılmalıdır"

"Son dövrlərdə tamaşaçılara təqdim edilən teleserialların, müxtəlif dövlətlərin tarixi haqqında çəkilən filmlərın süjet xətti müzakirəyə qoyulmalıdır", Qazaxıstanın tanınmış ictimai xadimi Mirzətay Xoldasbekov belə deyib.

Publika.az xəbər verir ki, Mirzətay Xoldasbekov Qazaxıstan televiziyalarını məşğul edən sevgi məhəbbət janrında çəkilmiş çoxserialı bədii filmlərin ekrandan yığışdırılmasını təklif edib:

"Xalq artıq bu təzr filmləri izləməkdən yorulub. Hansı kanala baxsan, bu mənasız, bitib-tükənməyən seriallar yayımlanır. İzləyicilər yenilik istəyir. Şəhərlərdə az da olsa kinoteatrlar fəaliyyət göstərir. Rayon və kəndlərdə isə yox. Qazaxıstan televiziyasının qeydinə qalan yoxdur", deyən Xoldasbekov problemin həlli yollarından da danışıb:

"Qazaxıstanın saysız-hesabsız görkəmli tarixi şəxsiyyətləri, ictimai xadimləri haqqında bütöv bir film çəkmək olar. Bunu sadəcə araşdırıb televiziya üçün gözəl bir layihə hazırlamaq olar. Lakin qazaxlar başqa millətlərin tarixinə, televiziya işlərinə göstərdikləri qayğını özlərinə göstərmirlər. Bunun nəticəsidir ki, bu günə qədər Qazaxıstan haqqında heç bir film çəkilməyib."

Mirzətay Xoldasbekov çıxışının sonunda bu kimi problemlərin aradan qalxacağına ümid etdiyini deyib: "Ümid edirəm ki, xalqımız öz millətinə diqqəti artıracaq və tariximizin Batre Kulteqin, Buxar Jiray kimi dahi şəxsiyyətləri haqqında çəkilən filmlər tamaşaçının ürəyinə yol tapacaq. Millət ilk öncə özünə xidmət etməlidir. Belə olarsa, tez bir zamanda telekanallarda yeni və maraqlı süjet xəttinə sahib filmlər yayımlanacaq."

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR