Ərdoğandan İLK ŞƏRH: “Kifayət deyil!”
Bizi izləyin

Dünya

Ərdoğandan İLK ŞƏRH: “Kifayət deyil!”

Ərdoğan ABŞ-ın Suriya hərbi hava bazasına endirdiyi raket zərbələri ilə bağlı açıqlama verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Suriya hərbi hava bazasına endirdiyi raket zərbələri ilə bağlı açıqlama verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Hataydakı çıxışında zərbələrin kifayət etmədiyini bildirib.

“Heç kimsə uşaq qətliamını İŞİD-lə mübarizə adı altında gizlətməyə çalışmamalıdır. Bu gecə Suriyaya bir əməliyyat keçirildi. Kifayət edirmi? Xeyr. Məzlum Suriya xalqını qorumaq üçün ciddi və nəticə verəcək addımların atılması zamanı gəlib. Suriyada terrordan təmizlənmiş təhlükəsiz bölgənin yaradılması ilə bağlı Türkiyənin təklifinin nə qədər məqsədəuyğun olduğu bir daha ortaya çıxıb. Beynəlxalq cəmiyyət “doğru deyirsiniz” dedilər, amma bu məsələdə addım atmadılar. İndi bölgədə insanlığa qarşı cinayət işlədən bütün terror təşkilatlarını dayandırmaq üçün imkanın olduğunu vurğulamaq istəyirəm”, - Ərdoğan deyib.

Qeyd edək ki, ötən gecə ABŞ Suriya ərazisində yerləşən Şayrat aerodromuna raket zərbələri endirib. ABŞ-ın iddiasına görə, zərbələr Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirilib.

Aralıq dənizində olan ABŞ-ın iki hərbi gəmisindən azı 59 "Tomaqavk" raketi atılıb. Suriya tərəfinin məlumatına görə, 10 nəfər ölüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm