Tramp Putinə qarşı hücuma keçdi: YENİ PLAN
Bizi izləyin

Dünya

Tramp Putinə qarşı hücuma keçdi: YENİ PLAN

Bu, iki ölkənin münasibətlərini pozacaq.

ABŞ prezidenti Donald Tramp Rusiyanın Suriyadakı addımlarına görə Putin hökumətinə qarşı yeni sanksiyalar irəli sürmək niyyətindədir.

Publika.az
xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Trampın Rusiya və İrana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

“ABŞ-ın Suriya siyasətində bir neçə prioritet var. Birincisi, təkcə Əsədin getməsi yox, həm də İŞİD-in məhv edilməsidir. İkincisi, Əsəd prezident olduğu müddətdə Suriyada sülh görmürük. Üçüncüsü, İranın Suriyadakı nüfuzunu qırmaq və problemin həllinə nail olmaqdır. Rejim dəyişikliyinin reallaşacağını düşünürük”, - deyə o bildirib.

Dövlət Dumasının xarici əlaqələr komitəsinin rəhbəri Konstantin Kosaçev isə bildirib ki, Tramp Suriyaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edərsə, bu, iki ölkənin münasibətlərini pozacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm